Pedro Aqramunt BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə çağırıb

O, hər iki ölkə hökumətlərini zorakılıqdan çəkinməyə çağırıb və Azərbaycanın birtərəfli qaydada atəşi dayandırmasını alqışlayıb

Source:


O, hər iki ölkə hökumətlərini zorakılıqdan çəkinməyə çağırıb və Azərbaycanın birtərəfli qaydada atəşi dayandırmasını alqışlayıb

AŞPA prezidenti Pedro Aqramunt Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsilə bağlı bəyanatla çıxış edib.

“Mən Dağlıq Qarabağda zorakılıq barədə məlumatlardan çox narahat oldum və insanların ölümünə görə dərindən sarsıldım”, – aprelin 3-də AŞPA-nın saytında dərc edilən bəyanatda deyilir.

O, tərəfləri “atəşkəs rejimi haqda sazişə əməl etməyə və Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqları bərpa etməyə çağırıb”.

Aqramunt xatırladıb ki, 2001-ci ildə Ermənistan və Azərbaycan Avropa Şurasına daxil olarkən münaqişənin dinc yolla həlli barədə öhdəlik götürüblər. O, hər iki ölkə hökumətlərini zorakılıqdan çəkinməyə çağırıb və Azərbaycanın birtərəfli qaydada atəşi dayandırmasını alqışlayıb.

AŞPA prezidenti “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb”.

1993-cü ildə BMT TŞ Dağlıq Qarabağ üzrə 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxmasını nəzərdə tutur.

Ana səhifəAnalitikaPedro Aqramunt BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə çağırıb