“Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb”.
Bunu “Report”a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: “Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir”.
[CƏBHƏ XƏTTİNDƏN OLAN VİDEOLARI İZLƏ]
Füzuli sakininə tankdan atəş açılıb