Hazırda Avropada rəsmi görüşlər keçirən Milli Şuranın vahid namizədi Cəmil Həsənli Meydan TV-yə müsahibə verib. Bu müshabidə müxalifətin vahid namizədi seçkilərdən sonra Avropada keçirdiyi görüşlər barədə danışıb. Seçki saxtalaşdırmalarına, beynəlxalq müşahidəçilərin bu hallar barədə məruzələrinə münasibət bildirən Cəmil Həsənli müxalifətin seçkisonrası mübarizəsi barədə də danışıb. Cəmil Həsənli etirazçı insanları ana müxalifətin 20 oktyabr tarixində keçirəcəyi mitinqə çağırıb. Qeyd edək ki, aidiyyatı olan qurumlar mitinqin nəzərdə tutulduğu “Məhsul” stadionda keçirilməsinə hələ icazə verməyiblər. Cəmil Həsənli müsahibəsində bildirib ki, əgər sözügedən stadionda mitinqin keçirilməsinə icazə verilməsə, o xalqı şəhərin mərkəzindəki Fəvvarələr Meydadına səsləyəcək.
Meydan TV üçün müsahibəni aldı: Elnur Məcidli