“Sınaq aparırlar ki, insanları incitsək, etiraza qalxarlarmı?”

Azərbaycanda təhsil müəssisələrində hicabla bağlı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar ictimai-siyasi xadim və publisist Zərdüşt Əlizadənin də mövqeyini öyrənmişik.

O hesab edir ki, ölkədə dini və qeyri-dini qrupların siyasi proseslərə təsir imkanları məhduddur və məktəblərdə hicabın qadağan edilməsi əqidə azadlığına müdaxilədir:

“Azərbaycanda siyasət elə qurulub ki, nəinki islamçıların, qeyri-islamçıların da siyasətə təsiri sıfırdır. Məktəblərdə hicab qadağası birbaşa əqidə azadlığına qarşı çıxmaqdır. Bəlkə də bu bir yoxlamadır. Bilmək istəyirlər ki, cəmiyyəti incitsələr, hüquqlarını alsalar, dini hissləri ilə oynasalar, insanlar etiraza gedərmi?”

Ana səhifə ▸ Video ▸ “Sınaq aparırlar ki, insanları incitsək, etiraza qalxarlarmı?”