Jerar Depardye

Source: Foto: https://fergana.agency/news/112394/

Caption: Jerar Depardye

Jerar Depardye Özbəkistanın turizm səfiri oldu

Aktyor bu ölkənin turizm potensialının Avropa ölkələrində tanıdılmasına çalışacaq

Dünya şöhrətli aktyor Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin olunub.

Bu barədə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin mətbuat xidməti Baş nazirin müavini Əziz Abduxakimova istinadən məlumat yayıb.

Hazırda Səmərqənddə olan Depardye, Özbəkistanın turizm potensialının həm Fransada, həm də digər Avropa ölkələrində tanıdılması prosesinə rəhbərlik etməyi təklifini şəxsən irəli sürüb.

Aktyor Özbəkistana Turizm Dövlət Komitəsi və Fransanın istehsal şirkəti “B-Tween” tərəfindən birgə yaradılan “Paris Premiere” televiziya kanalı üçün “İpək Yolu” sənədli filminin çəkilişində iştirak etmək üçün gəlib.

Filmin çəkilişi noyabrın 26-dək Özbəkistanın altı şəhərində - Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukusda aparılacaq.

Jerar Depardye 2010-cu ildə Azərbaycana IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün gəlib

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/acio3o

Most Viewed