Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

Cavanşir Məmmədov. Foto: arxiv

Müğənninin ölüm səbəbi açıqlanmayıb

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun vəfat etdiyi bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda deyilir ki, aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.

Müğənninin ölüm səbəbi açıqlanmayıb.

O, 1954-cü ildə doğulub.

Ana səhifəMədəniyyətƏməkdar artist Cavanşir Məmmədov vəfat edib