Andrey Myaqkov

Source: peoples.ru

Caption: Andrey Myaqkov

Andrey Myaqkov vəfat edib

Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir

Sovet və Rusiya aktyoru Andrey Myaqkov 83 yaşında vəfat edib.

Bu haqda məlumatı Çexov adına Moskva İncəsənət Universitetinin mətbuat xidməti yayıb.

Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Teatr və kino aktyoru Andrey Myaqkov rejissor Eldar Ryazanovun 1975-ci ildə çəkdiyi “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (“Ирония судьбы, или с лёгким паром!” filmindən sonra məşhurlaşıb.

Myaqov tamaşaçıların yaddaşında həm də Eldar Ryazanovun başqa bir filmi – “İşdə məhəbbət macərası”ndakı (“Служебный роман” - 1977) Novosilsev obrazı ilə qalıb.

Andrey Myaqkov detektiv yazarı kimi də məşhur olub.

Kinoya ilk dəfə 1965-ci ildə çəkilib. “Diş həkiminin sərgüzəştləri” (“Похождения зубного врача”) filmində diş həkimi Çesnokov rolunu ifa edib.

Myaqkov komediya aktyoru olsa da, onun repertuarında çoxlu dramatik obrazlar da olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/mrro7t

Most Viewed