Pulların yuyulması və maliyyə cinayətlərini necə aşkar etmək mümkündür?

Mənbə: OCCRP

Cinayətkarların qeyri-qanuni yolla əldə etdikləri gəlirin mənbəyini gizlətməsi üçün istifadə etdikləri mexanizmə “çirkli pulların yuyulması” deyilir. 

Çirkli pulların yuyulması ilə bağlı oxuduğumuz araşdırmalarda “ofşor ərazilər”, “ofşor şirkətlər” terminlərinə çox rast gəlirik. 

Offshore (offshore) – Azərbaycan dilinə açıq dəniz və ya dəniz kimi tərcümə oluna bilər.

Çirkli pulların yuyulmasının azərbaycanca adı “çamaşırxana”dır. Bu termin ilk dəfə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP) tərəfindən 2014-cü ildə Rusiya Camaşırxanası ilə bağlı aparılan araşdırmada işlədilib

Nümunələr:

Rusiya camaşırxanası”

Bu, 2014-cü ildə Şərqi Avropada ən böyük çirkli pulların yuyulması əməliyyatı hesab olunurdu. Bu, regiondakı güclü şəxslərlə əlaqəli banklar və şirkətlər vasitəsilə fəaliyyət göstərən “virtual çirkli pulların yuyulması maşını” idi.

“Çirkli pulların yuyulması camaşırxanası” vasitəsilə 20 milyard ABŞ dolları məbləğində vəsaiti təmizləyiblər. Proses moldovalı hakimlər tərəfindən “təmiz” kimi qiymətləndirilib. Yuyulmuş, vergisiz və rüsumsuz pullar daha sonra bütün Avropaya yayıldı.

Sonradan hüquq-mühafizə orqanları Moldovada prokurorluq sisteminin araşdırmasına başladılar. 

Çirkli pullarla mübarizə işinə rəhbərlik edən Vasile Şarko həmin vaxt bildirmişdi ki, bir çox hakim və icraçı həbsxanaya düşə bilər.

OCCRP “pulyuyan maşını” idarə edən metodları və tərəfdarları üzə çıxarmaq üçün sistemi dərinliklərinə qədər incələmişdi. Məlum olmuşdu ki, prosesdə iştirak edən banklar və şirkətlər Rusiya Prezidenti Vladimir Putinin əmisi oğlu və KQB-yə yaxın olduğu deyilən tanınmış iş adamları və menecerlər tərəfindən idarə olunub.

Sistemin açarı 

Sistemin açarı isə bu idi: Moldova Avropa Birliyinə daxil olmaq istəyirdi. Lakin Rusiya ilə də sıx əlaqələri var idi. Bir növ Avropa ilə Rusiya arasında sıxışıb qalmışdı. Odur ki, bu prosesə cəlb edilmək üçün seçilmişdi. 

Sistem Moldovanı həm ölkənin məhkəmə sistemi vasitəsilə tənzimləyicilərə qarşı hüquqi müdafiəni təmin etmək, həm də qeyri-qanuni pulları Avropa Birliyinin maliyyə sistemlərinə daxil etmək üçün istifadə edirdi.

Təmizlənmə prosesi

Çirkli pulların əbədi problemi onun haradan gəldiyini açıqlamaqdır. Cinayət əsasən, nağd pul iqtisadiyyatı ilə bağlıdır. Yəni, mafiozlar və ya çirkli pul əldə edən dövlət məmurları əllərindəki nağd pulla bağlı kimsəyə, xüsusən də vergi işçilərinə izahat vermək istəmilər. Bu da böyük pul yığınlarının ortaya çıxması ilə nəticələnir. 

Burada “Pulyuyan maşın” dövrəyə girir. “Pulyuyan maşın” sırf pulun mənbəyini izah etmək üçün işgüzar fəaliyyət illüziyası yaradır. Daha sonra işin qanunlara əsaslanan hissəsi gəlir. Məhkəmə dövriyyəyə girir və pulları qanuni edən əməliyyatları imzalayır. 

Bütün bu proseslərdə pulun əsl sahibləri isə gizlədilir. Ofşor şirkətlər dövrəyə girir, alış-verişi öz aralarında həll edirlər. 

Sadə bir əməliyyatın nəticəsi

Proses Böyük Britaniyada yerləşən, əsl sahibi “vergi cənnəti”nin ofşor dumanında gizlənən iki şirkətlə başladı. Bir şirkətlə külli miqdarda pul borc verməyə razılaşan başqa bir şirkət arasında heç bir pul dəyişmədən saxta müqavilə bağlanıb. Burada hətta hər iki şirkətin sahibinin eyni şəxs olduğu düşünülür.

Növbəti mərhələdə müqaviləyə Moldova vətəndaşı tərəfindən idarə olunan şirkət zəmanət verir.

Sonra “borc götürən şirkət” “kredit şirkəti”ndən aldığını ödəməkdən imtina etdi. Beləliklə, iş Moldova Məhkəməsinə gedib. Hakim borcun real olduğunu təsdiq edir və şirkətə ödəməyi əmr edir. Bundan sonra borc alan şirkət vəsaiti digər şirkətin Latviyada yerləşən Trasta Komercbank-dakı hesabına köçürür.

Bəli, indi təmiz və istifadəyə yararlıdır.

OCCRP, “çirkli pulların yuyulması” ilə bağlı istintaq altında olan Rusiyada yerləşən 19 bankın “çirkli pulların yuyulması camaşırxanası”ndan istifadə etdiyini aşkar edib

Digər köməkçilər

Araşdırma zamanı məlum olub ki, Moldovanın 15 məhkəməsində 20-dən çox hakim pulların yuyulmasına kömək edib. Üç il ərzində onlar təxminən 20 milyard ABŞ dolları məbləğində çirkli pulun yuyulması ilə bağlı 50-dən çox məhkəmə qərarı çıxarıblar. 

Bu, 2013-cü ildə ümumi daxili məhsulu 8,5 milyard ABŞ dollarından az olan Moldova kimi ölkə üçün heyrətamiz məbləğdir. 

Hakimlərin taleyinə gəlincə, onlardan bəziləri istintaqa cəlb edildi, həbs olundu, bəziləri isə istefa verdi. 

“Pulyuyan maşın” 2010-cu il oktyabrın 22-də Britaniya şirkətinin Moldovanın paytaxtı Kişinyovda başqa bir Böyük Britaniya şirkətinə verdiyi kreditin zaminlərinə qarşı məhkəməyə iddiası ilə açılıb. dı. Həmin zəmanətin sahibləri moldovalı hava limanı işçisi və iki rus şirkəti olub. 

OCCRP hava limanı işçisini iş yerində, Kişinyov hava limanında tapıb. O, 2010-cu ildə mülki aviasiya təhsilini başa vurduqdan dərhal sonra Rusiya şirkətlərinə qoşulduğunu və iş axtardığını bildirib.

“Kanadadan olan bir dostum məni soyadını xatırlamadığım bir Ukrayna vətəndaşı ilə əlaqələndirdi. Kişinyov restoranında görüşdük və o, mənə dedi ki, Rusiya, Ukrayna və Böyük Britaniyada şirkətləri var. Mənə həmçinin məsləhətçi firmalarının olduğunu və Moldovada filial açmaq istədiklərini söylədilər. Həmin filiala menecerlik etməm istənildi, qəbul etdim, lakin bu, heç vaxt baş tutmadı. Dörd ay onlar üçün işlədim və yalnız 100 dollar qazandım”.

Azərbaycanın “çirkli pulları yuyan camaşırxana”sı

İş 2017-ci ildə Danimarkanın “Berlingske” qəzetinə 2,5 milyard avro (2,9 milyard dollar) tranşı göstərən bank sənədlərinin sızması ilə başlayıb. Qəzet bu məlumatı OCCRP ilə paylaşıb. Birgə araşdırma zamanı məlum olub ki, 2012 və 2014-cü illərdə Azərbaycan hökuməti məxfi çirkli pul fondundan avropalı məmurlara rüşvət vermək, dəbdəbəli əşyalar almaq və çirkli pulları yumaq üçün istifadə edib

Həmin illərdə Azərbaycanda 90-a yaxın hüquq müdafiəçisi, müxalifətçi və jurnalist siyasi motivlərlə həbs edilib.

Bu hadisələri ört-basdır etmək üçün bir avropalı məmur, rejimi tərifləyən yazılar yazan jurnalist, hökuməti tərifləyən iş adamları “çirkli pulyuyan maşın”dan pay aldılar.

Həmin şəxslər öz məqsədləri üçün hətta YUNESKO, AŞPA kimi mötəbər təşkilatları da hökumətin piarına səfərbər ediblər.

13 min tranş pulu göstərən sənədlərdən məlum oldu ki, Azərbaycanın “çirkli pulların yuyulması maşını”nın özəyini dörd əsas balıqqulağı şirkəti təşkil edir. Bu şirkətlərin hamısı Böyük Britaniyada qeydiyyatdan keçib.

Avropanın ən böyük maliyyə qurumlarından biri sayılan Danimarka bankının transferləri sorğu-sual etmək əvəzinə onlara göz yumduğu da məlum olub.

Bankın Estoniya filialı yuxarıda adı çəkilən “Azərbaycan çirkli pulların yuyulması maşını”nın dörd şirkətinə operativ xidmət göstərib və onların hesablarından milyardlarla vəsaitin keçməsinə şərait yaradıb.

Nağd pul axınının böyük hissəsinin son təyinatı məlum deyil, lakin sənədlər milyonlarla dolların dünyanın müxtəlif şirkətlərinin və şəxslərin bank hesablarına daxil olduğunu göstərir.

Pulları almalı olan şəxslərin arasında hökumət postları tutanlar da var.

Vəsaitin 130 milyon dolları iri əczaçılıq şirkətinə köçürülüb. Şirkətin həmtəsisçisi Azərbaycan Parlamentində Avropa İttifaqı siyasətçiləri ilə əlaqələrə cavabdeh olan deputatdır.

Transferlərin bir hissəsi birbaşa Azərbaycan hökumətindən gəlib. Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi 9 milyon dollar köçürüb.

Rusiyanın silah şirkəti 29 milyon dollar göndərib.

Pulun yarısı sirli bir şirkətin “Beynəlxalq Bank” hesabından gəlib.

Beynəlxalq Bankın sabiq rəhbəri vəkili vasitəsilə OCCRP-yə bildirib ki, onun transferlərindən xəbəri yoxdur.

Metodologiya: 

1. Əgər əlinizdə  böyük məbləğdə köçürmələrlə bağlı bank sənədləri varsa, ilk növbədə köçürməni kimin etdiyinə baxın. Korrupsiyaya uğramış dövlətlərdə bu cür köçürmələr adətən sadə insanların adından həyata keçirilir. Məsələn, Azərbaycanda özünün xəbəri olmadan adına bir neçə şirkət açılmış şəxslər olub. Həmin şirkətlər vasitəsilə tenderlər qazanılıb, işlər görülüb, bəzi hallarda sahibinin boynuna külli miqdarda vergi borcu da qoyulub. 

2. Növbəti diqqət edəcəyiniz məsələ, həmin köçürmənin hansı ad altında olmasıdır. Belə köçürmələr dövlət müqavilələri adı altında da edilə bilir. 

3. Köçürmə şirkət tərəfindən həyata keçirilibsə, həmin qurumun hansı ölkədə qeydiyyatdan keçdiyinə, törəmə şirkətləri olub-olmadığına, daha çox hansı ölkələrdə iş gördüyünə baxın. Açıq mənbələrdən şirkətin sahibi barədə də məlumat əldə etmək mümkün ola bilər. Bəzən belə işlər yeni yaradılmış şirkətlər tərəfindən həyata keçirilə bilir

4. Vasitəçi bank da önəmlidir. Hansı ölkənin bankıdır və məbləğ böyükdürsə, səbəblərini sorğulayan məktub göndərmək olar. 

5. Köçürməni edən şirkət barədə açıq mənbələrdən neçənci ildə yaradıldığı, sahibinin kim olduğu, həmin şəxsin başqa şirkətlərinin də olub-olmadığını araşdırmaq lazımdır

6. Şirkətin qeydiyyatdan keçdiyi ölkədə açıq mənbələrdən istifadə etməklə, bu şirkətin vergi ödəyicisi olub-olmaması, daha öncə hansı layihələri icra etməsi ilə bağlı məlumat əldə edə bilərsiniz. 

7. OCCRP-nin məlumat bazasında şirkətin adını axtarışa verməklə, sahibi, törəmə şirkətləri və xarici ölkələrdəki filialları barədə də məlumat əldə etmək mümkündür

Azərbaycanla əlaqələri olan şirkətləri araşdırarkən istifadə edə biləcəyiniz mənbələr:

1. İstənilən şirkətin vergi öhdəliyini yoxlamaq üçün baxa bilərsiniz. Unutmayın ki, qanunla vergi borcu olan şirkət heç bir tenderdə iştirak edə, iri layihələr həyata keçirə bilməz. Əgər şirkətin vergi borcu varsa və böyük işlər görürsə, onda bir şey səhvdir:

https://e-taxes.gov.az/ebyn/vergiBorcu.html

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Bir Pəncərə” sistemindən kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına baxa bilərsiniz. Burada şirkətin nə zaman yarandığı, sahibinin kim olduğu, nizamnamə kapitalı, ünvanı barədə məlumat tapa bilərsiniz:

https://www.e-taxes.gov.az

3. Dəyəri 5 min manatdan artıq olan satınalmalar Satınalmalar üzrə Dövlət Agentliyində qeydiyyatdan keçməlidir. Böyük məbləğdə pul qarşılığında iş görülübsə, hər hansı tenderin keçirilib-keçirilməməsinə baxmaq üçün:

https://etender.gov.az/competition/open-tenders

4. Şirkət rəhbəri azərbaycanlıdırsa, onun kimliyini MSK-nın saytından araşdıra bilərsiniz:

https://www.msk.gov.az/az

Xarici ölkələrdə şirkətin və onun menecerinin sərvətini tapsanız, bu məlumat bazaları sizə kömək edə bilər:

Britaniya ilə bağlı məlumat bazası:

https://www.duedil.com/-

Türkiyə ilə bağlı məlumat bazası:

https://intvd.gib.gov.tr/internetvd/index.jsp

Panamadakı şirkətlərin məlumat bazası:

http://ohuiginn.net/panama-

Rusiya ilə bağlı məlumat  bazası:

https://service.nalog.ru/mru.do

Ukrayna ilə bağlı məlumat bazası:

https://smida.gov.ua

 Çexiya ilə əlaqəli məlumat bazası:

http://rejstrik-firem.kurzy.cz/

Diqqətli olun:

  • İstintaqın nəyi aşkar etdiyini izah edin, ona və müəllifi olan redaksiya(lar) tərəfindən dərc edilmiş istənilən metodologiyaya keçid verin.
  • Mümkünsə, onların məlumatları necə əldə etdiyini, pulu necə izlədiyini, onların arxasında olan şirkətləri və ya insanları müəyyən etmək üçün araşdırmada iştirak edən jurnalistlə müsahibə aparın (anonim qala bilər). Sonra bu məlumatı haradan və necə əldə edəcəyinizin siyahısını yazın (hiperlinklər, lazım olduqda bəzi ekran görüntüləri).
  • Bu məlumatı aşkar etmək üçün istifadə olunan məlumat bazası və ya saytlara keçidi verin. Məlumat bazasının linkini və məlumat axtarmaq üçün saytda ekran görüntülərini əlavə edin.
  • Məlumatı necə və haradan əldə etmək, xüsusi olaraq nə axtarmaq lazım olduğuna dair daha çox addım-addım məsləhət əlavə edin. 

Məsələn:

2018-ci ilin yayında Macarıstanın “Atlatszo” şirkətinin hesabat qrupu Macarıstan hökumətinin elitasının işgüzar görüşlərə, futbol oyunlarına səyahət etmək üçün istifadə etdiyi iki lüks avtomobili – şəxsi təyyarə və lüks yaxtanı izləyib. 

Burada hər kəs üçün real vaxt rejimində yaxtaları və təyyarələri izləmək və Vesselfinder , Marinetraffic , Radarbox24 Planefinder kimi əvvəlki marşrutların və ya uçuşların arxivlərinə daxil olmaq üçün bir neçə açıq mənbəli vebsaytlar mövcuddur.

“2018-ci ilin yazında bizə ilk dəfə təyyarə müşahidəçisi xəbər verdi ki, OE-LEM qeydiyyat koduna malik özəl Bombardier təyyarəsi müntəzəm olaraq Budapeşt hava limanında, şəxsi təyyarələrin istifadə etdiyi terminalda peyda olub. Sürətli Google axtarışı bunun nə qədər baha olduğunu ortaya qoydu , ona görə də dərhal aydın oldu ki, ondan yalnız kifayət qədər sərvəti olan kimsə istifadə edəcək. O gündən biz təyyarənin uçuşlarını izlədik və Budapeşt hava limanına gələnlərə onun daşıdığı sərnişinlərin şəkillərini çəkmək üçün fotoqraflar göndərdik.

Hətta onun OE ilə başlayan zəng işarəsi də xüsusidir. “OE” hərfləri onun Avstriyada qeydiyyata alındığını göstərir. Avstriyanın aviasiya qurumunun məlumat bazasında axtarış aparmaq asandır və OE-LEM zəng işarəsini axtararaq, təyyarənin Avstriyanın şirkəti tərəfindən idarə edildiyini gördük. Bu, özlüyündə şübhəli idi; Uçuşda olmayan təyyarə həmişə Budapeşt hava limanında anbarda idi. Üstəlik, Avstriyanın aviasiya qurumu təyyarələrin sahiblərini buraxmır, yalnız onu idarə edən şirkəti buraxır. Bu, gizli şəkildə reaktivə sahib olmağa və idarə etməyə çalışan biri üçün çox faydalıdır”.

“Digər bir irəliləyiş 2018-ci ilin iyul ayında Macarıstan veb-saytı milyarder iş adamı və Orbanın yaxın dostu Adriatik sahilində dəbdəbəli yaxtanın göyərtəsindəki şəklini dərc edərkən baş verdi. O gündən biz təkcə təyyarəni deyil, yaxtanı da izlədik, gəmini araşdırmağa başladıq. Məlum oldu ki, 2018-ci ilin yayında təkcə milyarder deyil, digər tanınmış Macarıstanın biznes maqnatları və dövlət məmurları da iştirak edib’.

Yaxtaların hərəkətini real vaxt rejimində gəmilərin yerini göstərən internet saytlarında da izləmək olar. Bu saytlara gəmilərin markası, modeli, ölçüsü və əvvəlki səfərləri; hətta spotterlər tərəfindən təqdim olunan fotoşəkillər də mövcuddur. “Atlatszo” yaxtanın ilkin adının əvvəllər Kayman adalarında qeydiyyatdan keçmiş və sonradan Malta reyestrinə köçürülmüş olduğunu öyrənib.

Sahibliyi müəyyən etmək üçün “Atlatszo” Araşdırma İdarə Heyətinə sorğular göndərib ICIJ dəniz sızması məlumat bazası ilə məsləhətləşib , həmçinin maltalı jurnalistdən yerli gəmi reyestrinə daxil olmasını xahiş edib. Gəminin sahibinin Malta şirkəti olduğu ortaya çıxıb, o da öz növbəsində digər şirkətlər üçün proxy olmaq üzrə ixtisaslaşmış Malta şirkətinə məxsusdur: O, 200-dən çox ofşor şirkəti idarə edir. ” – GIJN-in How they did it kitabından çıxarışlar