Korporasiyaların və onların sahiblərinin araşdırılması

Şəkil: ICIJ-in Ofşor Sızmalar məlumat bazası

Araşdırmaçı jurnalistlər korporasiyaların məsuliyyətli fəaliyyət göstərməsinin təmin edilməsində  olduqca mühüm rol oynayırlar. Onlar əmək qanunvericiliyinin pozulması, ətraf mühitə ziyan vurulması, korporativ cəzasızlıq və digər pozuntu hallarını şirkət və onların sahiblərinin fəaliyyətini dərindən araşdırmaqla üzə çıxarırlar. 

Lakin dövlətin korporasiyalar haqqında malik olduğu məlumatlar çox zaman aysberqin yalnız görünən hissəsidir. Təəssüf ki, şirkətlərin həqiqi sahiblərinin kimliyi gizlədilə bilər. Əsl, “xeyir” götürən sahiblərin adlarını gizlətmək üçün ara şirkətlər yaradıla bilər. 

Amma şirkətlərin, onların həqiqi sahiblərinin, nə ilə məşğul olduqlarının təhqiq ediləməsi üçün müxtəlif üsullar var. Onlara daxildir: 

  • Açıq informasiya mənbələri
  • Ödənişli informasiya mənbələri
  • Rəsmi məlumatlar
  • Korporasiyaların internet saytları
  • Məhkəmə sənədləri
  • İnternet axtarışları
  • Sənaye sahələrinə aid mənbələr
  • Sosial media

Bu məqalədə GIJN şirtkərlər haqqında rəsmi və qeyri-rəsmi mənbələri təsvir edir. 

Açıq Beynəlxalq Resurslar

Qeyri-kommersiya əsasında çalışan bəzi qruplar digər informasiya mənbələri ilə yanaşı, şirkətlərin hökumətə təqdim etməli olduqları hesabatları toplayır. 

Onlardan ən yaxşıları bunlardır:

OpenCorporates 220 milyondan çox şirkət haqqında açıq məlumat mənbəyidir. Burada 1400-dən çox milli biznes reyestrindən toplanmış məlumatlar saxlanılır. Buraya şirkətin yaradıldığı tarix, qeydiyyatda olan ünvanı, müdirlərinin və vəzifəli şəxslərinin adları və hətta şirkətlər arasındakı əlaqələr daxil olmaqla məlumatlar daxildir. Ən son yenilənmələr və mətbuatın “OpenCorporate” resursundan necə istifadə etdiyinə dair nümunələri görmək üçün bu bloqu izləmək faydalı ola bilər. Jurnalistlər, QHT-lər, alimlər və digər ictimaiyyət nümayəndələri pulsuz, ictimaiyyətə faydalı API açarı üçün müraciət edə bilərlər. 

Investigative Dashboard Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin  (OCCRP) resursudur və burada korporasiyalar daxil olmaqla, dunyanın hər yerindən milyonlarla maraq kəsb edən məlumatlar var. Sənədlərin axtarışına buradakı Aleph platformasından başlayın (“axtarış” tıklamakla geniş axtarış opsiyalarından istifadə edin). Burada 38 ölkədəki şirkət reyestrlərinə dair təlimat var. Bu daha geniş, 226 milyon ictimaiyyətə açıq məlumatın saxlanıldığı məlumat bazası kataloqunun bir hissəsidir. Sızdırılmış materiallar daxil olmaqla heç də bütün məlumat bazaları ictimaiyyət tərəfindən axtarıla bilmir. Lakin qeydiyyatdan keçmiş jurnalistlər belə bazalara daxil ola bilərlər. Jurnalistlər eləcə də açıq informasiyanı araşdırılması üçün kömək istəyə bilərlər. Buraya OCCRP-nin abunə olduğu kommersiya məlumat bazaları da daxildir. Buradan daxil olun.   GIJN-nin buna dair yeddi məsləhət verilən məqaləsini  oxuyun. Burada araşdırmaqda olduğunuz şəxs və ya şirkət haqqında ən son xəbərləri dərhal almağa imkan verən funksiya daxil olmaqla, bir çox imkanlar barədə istifadə oluna bilən məsləhətlər verilir. Həmçinin bu GitHub istifadəçi təlimatı vasitəsilə axtarışa dair məsləhətlər və digər köməkçi tövsiyələr, Elasticin bu məqaləsində çoxsaylı sorğulara dərindən nəzər salınması üzrə faydalı ideyalar əldə edin. 

The ICIJ Offshore Leaks məlumat bazası Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsortsiumunun (ICIJ) 810 mindən çox ofşor şirkətlər və trastlar haqqında sızdırılmış sənədlərə əsaslanan korporativ informasiya bazasıdır. Bu məlumat bazasında ölkələr və yurisdiksiyalar üzrə adlar, şirkətlər və ofşor şirkətlərə bağlı ünvanlarla axtarış aparmaq olar. Panama Sənədləri və daha sonra işıq üzü görmüş  Pandora Sənədləri əsasında yazılmış məqalələr 

ICIJ-in arxivindədir və onları oxumaq fayda verə bilər. Bundan başqa, ICIJ-in  necə-etməli səhifəsini oxuyun və ofşor sızmalarına dair məlumat axtarışını daha yüksək səviyyəyə çıxarmağa kömək edən  çoxhissəli videolar silsiləsinə baxın. 

Panjiva asan istifadə edilə bilən import-eksport məlumat bazasıdır. Burada 8 milyon şirkət və bir milyarddan çox yük göndərişi barədə informasiya saxlanılır. Qeyd: brendlər ictimaiyyətə açıq məlumatlar siyahısından çıxmaq qərarına gələ bilər. Buraya ABŞ, Çin, Hindistan, Cənubi Amerika və başqa ölkə və regionlara aid məlumatlar daxildir. Bazaya giriş seçilmiş jurnalistlərin müraciətlərinə ayrı-ayrı baxılmaqla təmin oluna bilər. Jurnalistsinizsə əlavə məlumat üçün bu ünvana yazın: pressinquiries.mi@spglobal.com.

Business & Human Rights Resource Centre 20 mindən çox şirkətin insan hüquqlarına təsirinə dair məlumatları və iddiaları xəbərlər, mülki cəmiyyət hesabatları və şirkətlərin açıqlamaları əsasında toplayır. Burada 275 geyim və tekstil brendinin, 142 mədən sənayesi şirkətinin, 35 mehmanxana şirkətinin və 81 texnologiya şirkətinin adları qeyd olunur. 

The Open Ownership Register reyestrinə Ukrayna, Birləşmiş Krallıq, Danimarka və Slovakiyanın milli benefisiar sahiblik haqqında hər ay yenilənən məlumatları daxildir. Bu reyestr korporativ sahiblik barədə daha açıq mühit uğrunda çalışan  Open Ownership adlı QHT tərəfindən idarə olunur. Qrup ölkələrin benefesiar sahibliyin şəffaflığına dair öhdəlikləri və onların yerinə yetirilməsini izləyən xəritə də təqdim edir. Bundan başqa, təsvirli təlimatla da tanış olun. Ölkəyə dair məlumatlarda bəzən milli məlumat bazasına da linklər var. Məsələn, Nigeriya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün audit hesabatları üçün reyestrinə. 

Pullu mənbələr 

Korporasiyalar barədə özəl məlumat bazaları çoxdur, lakin onların əksər hissəsi ən dəyərli məlumat əldə etmək üçün abunə haqqı tələb edir. Çox zaman ictimai və universitet kitabxanaları bu bazalara pulsuz giriş imkanı verir. Amma bu mümkün olmayanda belə, onlardan istifadəyə pul xərcləməyə dəyər və bəzi şirkətlər bu zaman jurnalistlərə endirimlər təklif edə bilər.  

Belələrindən biri uzun müddətdir fəaliyyət göstərən  D&B Hoovers-dir. Onun pulsuz internet saytı ABŞ və xaricdə mənzillənmiş minlərlə şirkət barədə qısa məlumat təqdim edir. Daha ətraflı məlumat üçün Nexis xidmətinə abunə olmaq lazımdır. 

Digər əsas abunə xidmətləri bunlardır: Bureau van Dijk-dan OrbisBloomberg, Crunchbase, PrivCo (özəl ABŞ şirkətlərini əhatə edən mənbə),  Thomson Reuters, LexisNexisDueDil

Hansısa ölkə haqqında məlumat verən saytları da yoxlamağa dəyər. Məsələn, YouControl 180 mənbədən 4 milyon Ukrayna şirkəti haqqında məlumata malikdir. 

Google Finance şirkətlərin səhm qiymətləri və dividendləri, şirkət haqqında mətbuatda çıxan son məqalələr, rüb və illik gəlir bəyanatları haqqında faydalı ümumi məlumatlar təqdim edir. 

AnnualReports.com hansısa şirkətin internet saytında dərhal gözə dəyməyən hesabatları tapmaq üçün faydalı resursdur. 

sayari

Şəkil: Sayarinin ictimaiyyətə açıq məlumatlar bazasının müxtəlifliyi

ABŞ tədqiqatlar şirkəti Sayari 2018-ci ildə “inkişaf etməkdə olan, ucqar və ofşor bazarları daha yaxşı işıqlandıran” çoxsahəli məlumat bazası yaradıb. Baza ödənişlidir (ayda 1 min ABŞ dollar), lakin 30 günlük pulsuz sınaq dövrü təklif edir. Şirkət jurnalistlərlə işləməkdə maraqlıdır. 

Ödənişli xidmət göstərən şirkətlərin siyahısı böyükdür. Onları tapmağın ən yaxşı üsullarından biri biznes məktəbi universitetlərinin internet kitabxanalarına nəzər salmaqdır. 

Harvard Universitetinin Biznes Məktəbi nəhəng kolleksiyaya malikdir. Onun resursları ictimaiyyətə açıq olmasa da, onlayn kataloquna baxmaqla mümkün resurslar barədə təsəvvür əldə etmək olar. 

Rəsmi dövlət reyestrləri

Dövlətlərin çoxu korporasiyalardan qeydiyyatdan keçməyi tələb edir, lakin qanunların yumşaqlığı çox zaman şirkətlərə minimal və azdırıcı informasiya təqdim etməklə kifayətlənmək imkanı yaradır. 

Aşağıda dünya üzrə belə milli reyestrlərin siyahısı verilir:

İnkişaf etmiş ölkələrdəki mənbələrə linklər

ABŞ

 Qiymətli Kağızlar və Mübadilə Komissiyası  korporasiyalar haqqında məlumatları özünün  EDGAR sistemində saxlayır. Bu onlayn sistemdən bütün ictimai şəkildə işləyən şirkətlər rüb və illik korporativ hesabatları və maliyyə bəyanatlarını təqdim etmək üçün istifadə edir. ABŞ səhm birjasının siyahısında olan, Çin, Rusiya və Avropa İttifaqı daxil olmaqla, hər bir qeyri-ABŞ şirkəti burada hesabat verməli və özünün qlobal fəaliyyəti haqqında məlumat təqdim etməlidir. Bu, EDGAR-ı dünya üzrə şirkətlər haqqında ümumi məlumat toplayan jurnalistlər üçün əsas informasiya mənbəyinə çevirib. Məlumat bazası şirkətin adı və yerləşədiyi ölkədən istifadə etməklə axtarış aparmağa, son dörd ildə tam mətnin verildiyi rəsmi sənədləri və digər informasiyanı tapmağa imkan verir. 

Form 10-K adlı illik hesabat işə başlamaq üçün yaxşı nöqtədir. Burada şirkətin tarixi, auditdən keçmiş maliyyə bəyanatları, icraedici aparatın kompensasiyası,  məhsulların və xidmətlərin təsviri, təşkilatın illik fəaliyyəti haqqında ümumi məlumat, onun əməliyyatları və fəaliyyət göstərdiyi bazarlar haqqında məlumat verilir. Form 10-Q rüblük hesabatdır və ona auditdən keçməmiş maliyyə hesabatları və şirkətin əvvəlki üç ay ərzindəki fəaliyyəti barədə məlumat daxil edilir.  Form 8-K hesabatları spesifik hallar, məsələn, bankrotluq , aktivlərin ləğvi, icra aparatı işçilərinin vəzifələrini tərk etməsi və investorlar üçün əhəmiyyət daşıyan başqa hadisələri əks etdirir. 

İnvestisiya şirkətlərinin hesabatları da EDGAR-da saxlanılır. Bunun üçün SEC Form 497-dən istifadə olunur. Əlavə İnformasiya Bəyanatı (SAI) yatırım fondunun prospektinə əlavə sənəddir. Daha ətraflı məlumatı EDGAR-ın bu  bələdçisindən almaq olar. 

ABŞ hazırda bir çox korporasiya və biznes müəssisələrindən benefesiar sahiblər, son nəticədə şirkətə sahib olan və onlara nəzarət edən şəxslər haqqında məlumat (BOI) verməyi tələb edir. Lakin qeyri-ictimai olan bu məlumat bazasına yalnız nizamlayıcı orqanlar və hüquq-mühafizə strukturları daxil ola bilər. 

ABŞ-da bizneslər hüquqi cəhətdən, adətən Ştat Katibinin idarəsi vasitəsilə ştatların hüquqi sisteminə daxildirlər.  Vergi güzəştləri və biznesə daha münbit şərait yaratması səbəbindən, bir çox şirkət Delavar ştatında yaradılıb. Buna görə araşdırmaya Delavar Korporasiyalar Bölməsindən   başlamaq məsləhət görülür.  Düzdür, burada benefesiar sahiblər haqqında məlumat toplanılmır. “Şirkəti formalaşdıran agentlər” formal müdirlər kimi çıxış edə bilir (baxın Transparency International-ın  izahına). Həmçinin, şirkətin baş qərargahının yerləşdiyi ştatda onun sənədlərini yoxlayın. 

Ştat Katiblərinin Milli Assosiasiyası  sizə bütün ABŞ ştat saytlarına giriş imkanı verir (ştatı seçdikdən sonra səhifənin dibində kiçik hərflərlə “online business services” tapın). Burada siz Kaliforniyanın bizfile Online və Nyu Yorkun Korporasiya və Biznes Müəssisələrinin Məlumat Bazası kimi mənbələri tapa bilərsiniz.  Bu ştat reyestrlərindən siz adətən şirkətin yaradıldığı tarix, qeydiyyatda olan ünvanı, müdirləri və vəzifəli şəxsləri haqqında informasiya oxuya bilərsiniz. 

ABŞ ştatlarında korporasiyalar haqqında informasiyanın saxlanıldığı digər məlumat bazaları LLC UniversittetiCoordinated Legal Tech tərəfindən idarə olunur. 

ABŞ hökumətinin podratçıları haqqında informasiya buradadır.

Pozuntular İzləyicisi Korporativ Təhqiqat Layihəsinə məxsus korporativ pozuntuların axtarışı mühərrikidir. O, bank, istehlakçıların müdafiəsi, saxta iddialar, ətraf mühit, məvacib və iş saatları, ədalətsiz əmək şərtləri, səhiyyə və təhlükəsizlik, iş yerində ayrı-seçkilik, qiymətlərin qanunsuz olaraq müəyyən edilməsi, rüşvətxorluq və Ədliyyə Departamentinin 40-dan çox federal nizamlayıcı agentlik və bölmə tərəfindən 2000-ci ildən bəri üzə çıxarılmış pozuntu hallarını işıqlandırır. 

Birləşmiş Krallıq

Şirkətlər Evi pulsuz olaraq şirkətlər barədə informasiya təqdim edir. Bura daxildir:

  • Qeydiyyatda olan ünvan və yaradılma tarixi
  • Hazırkı və keçmiş vəzifəli işçiləri
  • Sənədlərin şəkilləri 
  • İpoteka ödənişləri 
  • Şirkətin əvvəlki adları
  • Müflislik haqqında informasiya

Kanada

SEDAR Kanadanın 1997-ci ilin yanvarından başlayaraq şirkət hesabatları üçün ictimaiyyətə açıq internet saytı kimi fəaliyyət göstərir. 

Fransa

Infogreffe pulsuz surətdə şirkətlər barədə ümumi məlumat verir (fransız dilində).

Almaniya

Almaniyadakı Company register bir neçə dildə axtarış aparmaq imkanı versə də, bəzi sənədlər üçün ödəniş tələb edir. 

Çin və Honq Konq

Çinin Milli Biznes Kredit İnformasiyası üzrə İctimai Sisteminə giriş buradandır (Çin dilində).

Honq Kondqa Vahid Şirkət Reyestri İnformasiya Sistemi üzrə Kiber Axtarış Mərkəzi ingilis dilində məlumat təqdim edir. 

Digər mənbələr

Şirkətlərin internet saytlarında və sosial mediada axtarış aparmaqla böyük sayda məlumat əldə etmək olar. 

Peşəkar tədqiqatçılar bunun üçün dəyərli məsləhətlər verirlər:

  • Şirkətin rəsmiləri və müdirlərini axtarın. 2017-ci ildə keçirilmiş GIJN konfransından Keçmiş İşçilərin Tapılması adlı prezentasiyada sadalanan metodlarla tanış olun. 
  •  LinkedIn vasitəsilə axtarın. Geniş axtarışdan istifadə etməklə sabiq və hazırkı işçiləri seçmək imkanı verən menyudan yararlanın (Henk van Essin  LinkedIn-də sosial axtarış yollarına dair məsləhətləri ilə tanış olun). Şirkətin səhifələrinə və sənaye qruplarında iştirakına diqqət yetirin.  Glassdoor adlı saytdan şirkətin işçilərinin yazdıqlarını oxumaq və orta əmək haqları barədə təsəvvür əldə etmək olar. 
  • Mətbuatda çıxan yazıları axtararkən biznes və ixtisaslaşmış mətbuata xüsusi diqqət verin. Onları tapmaq üçün Ulrichsweb yaxşı resursdur. 
  • Şirkətin ünvanı və telefon nömrəsini tapın. Sonra xəritə və küçələrdən çəkilmiş şəkillərlə daha çox məlumat əldə edin. 
  • Korporativ xeyriyyəçilik bəzən informasiya üçün arxa qapı kimi çıxış edir. Belə qapı kimi ABŞ-da  CitizenAudit, Propublica-nın Nonprofit Explorer və  Guidestar, Böyük Britaniyada  360Giving, CharityBase və rəsmi xeyriyyə reyestri faydalı ola bilər. 
  • Ətraf mühitin çirklənməsi və ya insan qaçaqmalçılığı ilə məşğul olan QHT-lərlə əlaqə saxlayaraq, onların malik olduğu informasiya ilə maraqlanın. 
  • Peşə assosiasiyalarının işinə nəzər salaraq, şirkətlərin həmin birliklər çərçivəsindəki fəaliyyətini öyrənin. 

Daha bir neçə rəsmi mənbə 

Dövlət və kommersiya sektoru arasında hər bir əlaqə ictimaiyyət üçün açıq məlumat yarada bilər. 

Belə məlumatlar üçün aşağıdakı yerlərə baxmaq olar:

  • Torpağa sahiblik – adlar və təsvirlər
  • Torpaqda aparılan işlər – inşaat, zonalaşdırma və xüsusi icazələr
  • Ətraf mühit qanunları – tullantılara icazə, hava tullantılara dair hesabatlar və hüquq-mühafizə orqanlarının tədbirləri
  • Əmək qaydaları – peşəkar qeydiyyatlar və əmək mübahisələri
  • Məhkəmə arxivindəki məlumatlar  – kimin tərəfindən və kimə qarşı qaldırılmış iddialar 
  • Maliyyə qaydaları – hesabatlar və qaydalara məcburi sutətdə əməl edilməsi  
  • İntellektual əmlak – patentlər və ticarət markalarının qeydiyyatı
  • Hökumət müqavilələri – tender təklifləri və qaliblər barədə məlumat
  • Hökumət subsidiyaları – ödənişlərin qeydiyyatı 
  • Siyasi donasiyalar –  rəsmilərə verilən kontribusiyalar
  • Lobbiçilik fəaliyyətinin qeydiyyatı – təsir barədə açıqlamalar

Şirkətin hansı sahədə fəaliyyət göstərdiyinə fikir verməklə, müvafiq informasiya əldə etmək olar. 

Məsələn,  Open Oil dünya üzrə neft və qaz şirkətlərinin maliyyə nizamlama qurumlarına təqdim etidiyi 2 milyondan çox açıq istifadədə olan hesabat sənədinin daxil olduğu məlumat bazasına malikdir. 

Məhkəmə sənədləri olduqca dəyərli ola bilir. Məsələn, PACER  Ali Məhkəmə, apelyasiya və rayon, eləcə də ABŞ bankrotluq məhkəmələri daxil olmaqla ABŞ federal məhkəmə sisteminin elektron arxivinə sahibdir. 

Araşdırdığınız biznesin hansı qanun və qaydaların təsiri altında olduğunu və bu zaman hansı sənədlərin fəaliyyətə aid olduğunu yoxlayın. Bu əlaqələr yerindən və biznes növündən asılı olaraq olduqca fərqli ola, lakin sizə ipucu kimi imkan yarada bilər.

Bəzi rəsmi qərarlar və ya rəsmi müdaxilə üçün müraciətlər hökumətin nəşrlərində öz əksini tapa bilər. Avropada bunun üçün  Avropa Rəsmi Qəzetlər Forumunu oxumaqla hər bir ölkənin məlumat bazasını tapmaq olar. OpenGazettes də belə iş üçün faydalı bir resursdur.  

Jurnalistlər üçün bələdçilər

İnternetdə korporasiyaların araşdırılması və şirkətlərin maliyyə əməliyyatlarının başa düşülməsinə kömək göstərən nəhəng sayda material mövcuddur.

Onlardan jurnalistlərə faydalı olan bir neçəsi aşağıdakılardır: 

GIJN: Şirkətin maliyyə sənədlərini əldə edəndən sonra siz ilk öncə nə edirsiniz? 

Miranda Patruçiç: Özümə üç sual verirəm:

  • Balans səhifəsində hansı rəqəm var və onlar bu rəqəmi necə əldə ediblər?
  • Pul haradan gəlib?
  • “Qeydlər” bölməsində nə yazılıb?

Başqa GIJN mənbələri: