Ziya Məmmədov 100 milyonlara 30 qatar alır

Dövlət fondundan sadəcə dəmiryolunun çəkilişi və təmiri üçün 775 milyon dollar vəsait ayrılıb.

Source:

Nəqliyyat Nazirliyi İsveçrənin elektrik qatarları istehsal edən “Stadler Rail AG” şirkəti ilə 30 vaqonun alınmasına dair müqavilə imzalayıb. Nazir Ziya Məmmədov mətbuata bildirib ki, yeni vaqonlardan Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişindaşıma üçün istifadə olunacaq. Bu vaqonlar illik təxmini 3 milyon insanı daşımaq üçün nəzərdə tutulub.

30 vaqonun alınması üçün vəsait dəqiq açıqlanmasa da, İsveçrə mətbuatı 3 rəqəmli milyon dollarlıq məbləğdən bəhs edir.

Dövlət fondundan dəmiryolunun çəkilişi və təmiri üçün 775 milyon dollar vəsait ayrılıb. Yaxın aylarda həmçinin bu şirkətin Azərbaycanda zavodunun tikilməsi barədə də razılığa gəlinib.

Mənbə:

Handels Zeitung

Ana səhifəXəbərlərZiya Məmmədov 100 milyonlara 30 qatar alır