Yunanıstan Azərbaycan qazı ilə bağlı tələblər qoyub

Source:

Yunanıstan Trans Adriatik Qaz kəməri ilə Azərbaycan qazının daşınması və DESFA qaz paylayıcı şəbəkəsinin özəlləşdirilməsi mexanizminə yenidən baxmaq niyyətindədir. Yunanıstan qazla bağlı ortaya 3 tələb qoyub.

Caspian Barrel yazır ki, açıqlamanın detalları Yunanıstanın ekathimerini.com saytında var. Məlumata görə, yeni hökumətin istəyi bu gün Bakıda baş tutacaq “Cənub qaz dəhlizi” Koordinasiya Şurasının ilk iclasından sonra Yunanıstan energetika naziri Panayiotis Ladazanisin Azərbaycan hökumət başçıları və Prezident İlham Əliyevin görüşlərində rəsmi Bakıya təqdim olunacaq.

Yunanıstan hesab edir ki, tranzit haqqları aşağı, Azərbaycandan alınacaq qazın qiyməti isə bahadır (“Şahdəniz-2 layihəsindən Yunanıstan 2020-ci ildən başlayaraq 25 il müddətində ildə 1 mlrd kub metr qaz almalıdır” – Caspian Barrel)”.

Görüşdə müzakirə mövzularından biri də DESFA qazpaylayıcı şəbəkisinin özəlləşdirilməsi məsələsi olacaq. ekathimerini.com yazır ki, hökumət artıq DESFA səhmlərinin 66 faizinin Azərbaycan Dövlət Neft Şirkətinə satılmasında maraqlı deyil. Hökumətdəki mənbələr bildiriblər ki, “onlar DESFA-nın yalnız 49 faiz səhlərinin satılmasını məqsədəuyğun hesab edərdilər”.

Ana səhifəXəbərlərYunanıstan Azərbaycan qazı ilə bağlı tələblər qoyub