Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılır

Kollegiya iltizam icraatı ilə bağlı qərar qəbul edib

Source:
Yalçın İmanov
Yalçın İmanov


Kollegiya iltizam icraatı ilə bağlı qərar qəbul edib

Noyabrın 20-da Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar verib.

Bu barədə vəkilin özü Meydan TV-yə deyib.

Yalçın İmanov bildirib ki, kollegiya Penitensiar Xidmətin avqust ayında onun barəsində şikayətini əsas götürərək qərar verib:

“Guya mən ölkədə sabitliyi pozuram, mitinqləri təşkil edirəm, dindarlara təzyiq görüntüsü yaradıram, xaricdəki qüvvələri fəallaşdırıram. Kollegiyada intizam icraatı ilə bağlı qərar qəbul etdilər”.

Vəkil deyib ki, bugündən etibarın onun vəkillik fəaliyyəti dayandırılıb, yekun qərarı məhkəmə verəcək:

“Mən də hüquqi addımlar atacam”.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bu il avqustun 10-da vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına şikayət edib.

Şikayətə əsas kimi Yalçın İmanovun Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması barədə açıqlamaları göstərilib.

Penitensiar Xidmət bu məlumatları təkzib

edib

.

Yalçın İmanov 2007-ci ildə Vəkillər Kollegiyasına qəbul olunub, 2011-ci ildən fəal vəkilliklə məşğuldur

Noyabrın 20-də vəkil Elçin Sadıqov da kollegiyaya

çağırılıb

.

Usubov vəkillər Nemət Kərimli, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layıcov, Penitensiar Xidmət isə Yalçın İmanov barəsində tədbir görülməsindən ötrü kollegiyaya müraciət

edib

.

Həmin şikayətlərdə iddia olunur ki, vəkillər müdafiə etdikləri şəxslərin işləri ilə bağlı çaşdırıcı açıqlamalar veriblər.

Cəzalandırılması istənilən vəkillər, əsasən, siyasi fəalların müdafiəsi sahəsində tanınırlar.

Son illər vəkil Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov və Müzəffər Baxışov Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

Ana səhifəXəbərlərYalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılır