Elçin Sadıqov Vəkillər Kollegiyasına çağırılıb (yenilənib)

”Məncə kollegiyanın intizam komissiyasının qərarı elan ediləcək”

Source:


***


Vəkillər Kollegiyasının iclasında vəkil Elçin Sadıqov barəsində olan intizam icraatına xitam verilib:


“B


arəmdə intizam icraatına əməlimdə hüquq pozuntusu olmadığı, hakimin şikayətinin təsdiqinə tapmadığı və hakimin istədiyi məlumatlar vəkil sirri olduğundan həmin məlumatları hakimə verməməyimin əsaslı olmasına görə xitam verildi. Mənə heç bir intizam tənbehi verilmədi.




Bu barədə vəkil özü Meydan TV-yə deyib.


***


”Məncə kollegiyanın intizam komissiyasının qərarı elan ediləcək”

Vəkil Elçin Sadıqov noyabrın 20-də Vəkillər Kollegiyasına (VK) çağırılıb.

Çağırış Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun şikayəti əsasındadır.

Məlumatı Elçin Sadıqov özü yayıb. Bildirib ki, eyni şikayət üzrə 2 ay əvvəl, sentyabrın 28-də də Vəkillər Kollegiyasına çağırılmışdı. Vəkil o zaman izahat vermişdi.

“Yenidən intizam icraatı başlanılıb. Məncə, VK-nin intizam komissiyasının qərarı elan ediləcək”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi R.Hüseynov bildirib ki, vəkil jurnalist Elçin İsmayıllının məhkəmə prosesinin gedişatına mane olmağa cəhd edib.

E.Sadıqov isə onu təkzib edir. Deyib, hakim onun hüquqlarını pozub:

“Hakim qanunvericiliyin tələblərinə zidd olaraq, jurnalist E.İsmayıllının işi üzrə hazırlıq iclasını onun iştirakı olmadan keçirib”.

Vəkil vurğulayıb ki, buna etiraz etdikdə, hakim ondan şikayət edib.

E.Sadıqov barəsində kollegiyaya şikayət edilən yeganə vəkil deyil. Son həftələrdə baş prokurorun birinci müavini Rüstəm Usubov vəkillər Nemət Kərimli, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layıcov, Penitensiar Xidmət isə Yalçın İmanov barəsində tədbir görülməsindən ötrü kollegiyaya müraciət edib. Həmin şikayətlərdə iddia olunur ki, vəkillər müdafiə etdikləri şəxslərin işləri ilə bağlı çaşdırıcı açıqlamalar veriblər.

Cəzalandırılması istənilən vəkillər, əsasən, siyasi fəalların müdafiəsi sahəsində tanınırlar.

Son illər vəkil Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov və Müzəffər Baxışov Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

Ana səhifəXəbərlərElçin Sadıqov Vəkillər Kollegiyasına çağırılıb (yenilənib)