Xədicə İsmayıl 2500 manat cərimə olundu

Jurnalist prosesə qatılmaqdan imtina edib

Source:


Jurnalist prosesə qatılmaqdan imtina edib

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə prosesi davam edib. Binəqədi rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev fevralın 20-də prosesin açıq keçiriləcəyini elan etsə də, jurnalistlər məhkəməni izləmək hüququndan məhrum ediliblər.

Bu barədə Meydan TV-yə məlumat verən jurnalist Şahvələd Çobanoğlu bildirib ki, hazırlıq iclasında da prosesin açıq keçirilməsi barədə qərar qəbul olunmuşdu: “Hakim Sədrəddin Hacıyev də demişdi ki, kim iştirak etmək istəyirsə, ərizəylə Binəqədi rayon Məhkəməsinə müraciət etsin. Amma prosesdə iştirak etmək istəyənləri aldatdılar, ərizələri qəbul etmədilər. Vəkil Elton Quliyev məhkəmədə ərizələri təqdim edib vəsatət qaldırsa da, rədd olunub”.

Xədicə İsmayıl tələb edib ki, proses açıq keçiriləcəyi təqdirdə son sözünü deyəcək. Ancaq bu tələb təmin olunmadığından jurnalist zala gəlməyib. Buna baxmayaraq, məhkəmə jurnalistin 2500 manat cərimələnməsi haqqında qərar qəbul edib.

Ana səhifəXəbərlərXədicə İsmayıl 2500 manat cərimə olundu