Velosipedçi: ”Bizə yad planetli kimi baxırlar”

Bakının mərkəzi küçələrində artıq velosipedçilərə də rast gəlinir. 

Bəzi küçələrdə velosiped zolaqları salınıb. 

5 ildir aktiv velosiped sürən Əli Süleymanov deyir ki, Azərbaycanda insanların çoxu velosipedi nəqliyyat vasitəsi kimi görmür. 

Velosiped zolaqları salınsa da, velosipedçilər bu yollardan rahatlıqla istifadə edə bilmirlər. 

Bəzi sürücülər avtomobillərini həmin yola park edir.

Bu da velosipedçilər üçün təhlükə yaradır. 

Əli deyir ki, özünü təhlükəsizlikdə hiss etmədiyindən velosiped sürməyən xeyli insan var. 

O arzulayır ki, Bakının təkcə mərkəzində yox, kənarlarında da velosiped yolları salınsın, yollarda velosipedçiləri görmək adi hala çevrilsin. 

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub ki, şəhər üzrə velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.

Ana səhifəVideoVelosipedçi: ”Bizə yad planetli kimi baxırlar”