Son günlər ədliyyə sistemində işləyən həkimlərlə, Penitensiar Xidmətin Müalicə Müəssisəsi, həbsxanalarda keyfiyyətli tibbi xidmətin göstərilməməsi ilə bağlı şikayətlər çoxdur. Bir neçə gün əvvəl Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin əməliyyatdan öncə və sonra yaşadığı problemlər bu mövzunu bir daha gündəmə gətirdi. Bu haqda Meydan TV-yə müsahibə verən həkim, professor Adil Qeybulla özü vaxtaşırı bir neçə siyasi məhbusun həkimi olub, Tofiq Yaqublu və digər siyasi məhbusları həbsxanada müayinə və müalicə edib. Və oradakı vəziyyətlə yaxından tanışdır.