Vəkil Şirin Abbasovla görüşməyə çalışır

“Hazırda rəisə teleqram vurmağa gedirəm ki, mənsiz dindirmə aparmasınlar”

Source:


“Hazırda rəisə teleqram vurmağa gedirəm ki, mənsiz dindirmə aparmasınlar”

Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketçiliklə və hədə-qorxu ilə tələbetmə şöbəsi tərəfindən saxlanılıb.

Bu barədə vəkil Elçin Sadıqova idarədən bildiriblər.

Şöbə rəisi yerində olmadığından vəkil onunla görüşə bilməyib: “Hazırda rəisə teleqram vurmağa gedirəm ki, mənsiz dindirmə aparmasınlar”.

Bu barədə Elçin Sadıqov Meydan TV-yə danışıb.

Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov (Şirin Tire) sentyabrın 16-da günorta saat 14 radələrindən etibarən yoxdur. O, sonuncu dəfə Yasamal rayonu, Akim Abbasov küçəsində (Azərbaycan Univeristetinin qarşısı) olub, yoldaşlarına təhsil aldığı BDU-ya gedəcəyini deyib. O vaxtdan etibarən onun telefonlarına zəng çatmır, yaşadığı mənzildə yoxdur, heç bir yaxını onunla əlaqə saxlaya bilməyib, görməyib.

Şirin Abbasovun nümayəndəsi vəkil Namizəd Səfərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verib. Vəkilin sözlərinə görə,

xidmətdən bildiriblər ki, onlarda yalnız barəsində cinayət işi açılmış şəxslər haqqında məlumat var.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə Meydan TV-yə deyib ki, jurnalistin həbs olunması istisna deyil.

Ana səhifəXəbərlərVəkil Şirin Abbasovla görüşməyə çalışır