Vahid Məhərrəmov: Statistika aqrar sahənin iflic vəziyyətdə olduğunu göstərir

“Bu ilin yanvar ayında ixrac olunan malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 31.70 faiz azaldığı halda idxal olunan mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 7.16 faiz artmışdır”

Source:


“Bu ilin yanvar ayında ixrac olunan malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 31.70 faiz azaldığı halda idxal olunan mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 7.16 faiz artmışdır”

Bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov öz Facebook səhifəsində yazıb. Vahid Məhərrəmov bildirib ki, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı kəskin azaldığı halda eyni qrup malların idxalı dəfələrlə artıb. 2015-ci ilin yanvar ayının xarici ticarət gömrük statistikası ölkənin idxaldan asılılığını və ərzaq təhlükəsi astanasında olduğunu göstərir. Bu ilin yanvar ayına dair xarici ticarətin gömrük statistikası açıqlanıb. Yanvar ayının statistikası hökumətin aqrar sahəni tam olaraq iflic vəziyyətə saldığını göstərir. Ölkənin kənd təsərrüfatı məhsullarına olan təlabatının idxaldan asılılığı get-gedə daha geniş çeşiddə mallarla artır. Ərzaq malları və kənd təsərrüfatı məhsullar üzrə idxalın həcminin artması ərzaq təhlükəsi yaradacaq həddə kecmişdir.

Ekspert deyib ki, yanvar ayında ixrac olunan malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 31.70 faiz azaldığı halda idxal olunan mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 7.16 faiz artmışdır. Əsas qida məhsulları olan ət və qida üçün yararlı ət əlavələri idxalı 319 faiz, yəni 3 dəfədən çox, əsasən ətlik, yəni kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 123 faiz, Kərə yağı 196 faiz, Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları 43 faiz, un üyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar;  buğda kleykovinası – 63,53 faiz, meyvə-tərəvəz idxalı 43 faiz, artmışdı.

“Statistikaya görə, digər qida və kənd təsərrüfatı məhsullarının idxalda artım göstəriciləri belədir: Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları 253,77 faiz, Dənli bitkilər 12,37 faiz, Müxtəlif ərzaq məhsulları 51 faiz, Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları 51,83 faiz, Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər 78,87 faiz,Tütün və tütünün sənaye əvəzediciləri 31,81 faiz”,-deyə Vahid Məhərrəmov bildirib.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: Statistika aqrar sahənin iflic vəziyyətdə olduğunu göstərir