“Utancaq qız” monotamaşanın premyerası olacaq

Akademik Musiqili Teatrı, Foto: sputnik.az

Səhnədə yalnız Əməkdar artist Şövqi Hüseynov çıxış edəcək

Xalq artisti, teatr rejissoru Cənnət Səlimova rus yazıçısı Fyodor Dostoyevskinin “Кроткая” (aciz, həlim, müti, məzlum qızcığaz, qadın-red.) fantastik hekayəsi əsasında yeni tamaşa hazırlayıb.

“Utancaq qız” adlanan monotamaşanın premyerası dekabrın 23-də Akademik Musiqili Teatrında olacaq.
Səhnədə yalnız Əməkdar artist Şövqi Hüseynov çıxış edəcək. O, müamiləçi (sələmçi) obrazını canladıracaq.

Səhnə və geyim üzrə tərtibatçı Qabil Gözəlovdur.

Tamaşada sovet və Rusiya bəstəkarı Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.

Ana səhifəMədəniyyət“Utancaq qız” monotamaşanın premyerası olacaq