Qəza olan ərazi

Mənbə: Foto: Reuters

Başlıq: Qəza olan ərazi

Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb

Məqalə yeniləndi:  8 Yanvar 2020

Təyyarədə olan 176 nəfərdən heç biri sağ qalmayıb

İrandan Ukraynanın Kiyev şəhərinə uçmaq üçün qalxan təyyarə qəzaya uğrayıb. İçində 176 nəfər sərnişinin olduğu qəzada sağ qalan olmayıb.

CNN xəbər verir ki, Ukrayna Hava Yollarına məxsus “Boeing 737” markalı təyyarə İranın paytaxtı Tehranın 40 kilometr cənubundakı Parand bölgəsinə düşüb. Ölənlərdən 167-si sərnişin, 9-u ekipaj üzvüdür.

İran televiziyası qəzanın texniki problemlər üzündən olduğunu, lakin hələlik dəqiqləşmədiyini söyləyib.

Reuters” yazır ki, Ukraynanın İrandakı səfirliyi, təyyarənin mühərrikində nasazlıq olduğunu və qəzaya "terror" səbəb olmadığını söyləyib.

Ukrayna prezidenti Vladimir Zelenski (Volodymyr Zelenskiy) sağ qalanların olmadığını təsdiqləyib .

"Bütün sərnişinlərin və ekipajın yaxınlarına dərin hüznlə başsağlığı verirəm",- deyən Zelenski, Ukraynanın qəzanın səbəbini araşdırdığını bildirib.

Qəza olan ərazi

Qəza olan ərazi

Mənbə: Foto: Reuters

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k3prww

Ən çox baxılan