Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb

İran televiziyası qəzanın texniki problemlər üzündən olduğunu, lakin hələlik dəqiqləşmədiyini söyləyib

Source: Foto: Reuters


Təyyarədə olan 176 nəfərdən heç biri sağ qalmayıb

İrandan Ukraynanın Kiyev şəhərinə uçmaq üçün qalxan təyyarə qəzaya uğrayıb. İçində 176 nəfər sərnişinin olduğu qəzada sağ qalan olmayıb.


CNN

xəbər verir ki, Ukrayna Hava Yollarına məxsus “Boeing 737” markalı təyyarə İranın paytaxtı Tehranın 40 kilometr cənubundakı Parand bölgəsinə düşüb. Ölənlərdən 167-si sərnişin, 9-u ekipaj üzvüdür.

İran televiziyası qəzanın texniki problemlər üzündən olduğunu, lakin hələlik dəqiqləşmədiyini söyləyib.



Reuters

” yazır ki, Ukraynanın İrandakı səfirliyi, təyyarənin mühərrikində nasazlıq olduğunu və qəzaya "terror" səbəb olmadığını söyləyib.

Ukrayna prezidenti

Vladimir Zelenski

(Volodymyr Zelenskiy) sağ qalanların olmadığını təsdiqləyib .

"Bütün sərnişinlərin və ekipajın yaxınlarına dərin hüznlə başsağlığı verirəm",- deyən Zelenski, Ukraynanın qəzanın səbəbini araşdırdığını bildirib.

wreckage-1.jpg
Qəza olan ərazi
Ana səhifəDünyaUkrayna təyyarəsi İranda qəzaya uğrayıb