Tarkan koronavirusa yoluxub

Tarkan Tevetoğlu, Foto: https://www.hurriyetdailynews.com/

Müğənni səhhəti ilə bağlı açıqlama verib

Türkiyəli müğənni Tarkan Tevetoğlu yeni növ koronavirusa yoluxub.

Sənətçi bu haqda məlumatı “İnstagram” səhifəsində paylaşıb.

“On gün öncə PZR (Polimeraz zəncir reaksiyası) testim pozitiv çıxdı. Çox diqqət etməyimə baxmayaraq, mən də bu virusa yoluxdum. Amma narahat olmayın, xəstəliyi çox yüngül simptomlarla keçirdim. İndi özümü çox yaxşı hiss edirəm”, – deyə müğənni yazıb.

Tarkan COVİD-19 əleyhinə vaksinin vurulması ilə bağlı söylənilən müxtəlif fikirlərə də münasibətini bildirib: “Peyvəndlə bağlı mənfi-müsbət, müxtəlif fikirlər bildirirlər, yazırlar. Mən də nəyə inanacağımı bilmirəm. Amma bu virusa yoluxanda, fikirləşdim ki, nə yaxşı, peyvənd olunmuşam. Çünki görürəm ki, vaksin vurdurmayanlar xəstəliyi daha ağır keçirirlər”.

Ana səhifəMədəniyyətTarkan koronavirusa yoluxub