Tahir Kərimli: Azərbaycan futbolunu məhv etməyin, artıq həyəcan təbili çalmaq lazımdır

“Bu yerlərdə çalışan əhali dolana bilmir”

Source: Prezident.az


Fazil Mustafa: “İdman zallarının açılması məsələsini ən ali tribunadan qaldırırıq, reaksiya verən yoxdur”

“Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var”.

Bunu Milli Məclisin iclasında deputat Tahir Kərimlim deyib:

“Deyirlər ki, Azərbaycan çempionatı keçirildi, amma bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz?”

O qeyd edib ki, yuxarı liqalara Azərbaycandan bir komanda belə çıxmır:

“Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin. Artıq həyəcan təbili çalmaq lazımdır”.

unnamed.jpg
Tahir Kərimli

Deputat Fazil Mustafa isə bildirib ki, ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırılsa da, reaksiya verən yoxdur:

“Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir. Heç olmasa, cavabdeh qurumlar reaksiya versinlər, çıxıb desinlər ki, istəyirik əhali yoxsullaşsın, istəmirik idman zalları açılsın, məqsədə uyğun deyil. Yoxsa, biz məsələni burada qaldırırıq, burada da qalır”.

Spiker Sahibə Qafarova isə bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirib və idman zallarının açılmamasının səbəbi pandemiyadır.

Ana səhifəSiyasətTahir Kərimli: Azərbaycan futbolunu məhv etməyin, artıq həyəcan təbili çalmaq lazımdır