Suriyada saxlanılan 16 azərbaycanlının ölkəyə gətirildiyi bildirilir

Foto: XİN

Onların 13-ü uşaq, 3-ü isə qadın olub

Noyabrın 24-də Suriyada düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, 13 uşaq və 3 qadının gətirilməsi Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində baş tutub.

Qeyd olunur ki, həmin şəxslərin yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyədən tranzit keçidinə nail olunub.

Nazirlik əlavə edib ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfərin Azərbaycana repatriasiyası həyata keçirilib.

Ana səhifəSosialSuriyada saxlanılan 16 azərbaycanlının ölkəyə gətirildiyi bildirilir