Smitin həyat yoldaşı ilk dəfə “Oskar”dakı qalmaqaldan danışdı

Mənbə: People

“İnanıram ki, Smit Kriss Rokla barışacaq”

Aktrisa Cada Pinkett-Smit ilk dəfə əri, aktyor Uill Smitin “Oskar”dakı qalmaqalına münasibət bildirib.

O, Kriss Rokla Smitin tezliklə barışacağına ümid etdiyini deyib.

“İnanıram ki, iki ağıllı, bacarıqlı kişi bu münaqişəni müzakirə edib, barışacaqlar. Hazırda dünyadakı vəziyyətlə bağlı insanların bir-birinin dəstəyinə və həmrəy olmağına ehtiyac var”, – aktrisa bildirib.

Bu il martın sonunda Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimat mərasimində qalmaqal olub.

Tədbirin aparıcısı, komediya aktyoru Kris Rok səhnədə Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smiti keçəl olduğu üçün “Əsgər Ceyn” filmindəki eyniadlı obrazla müqayisə edib.

Zarafata dözməyən Smit səhnəyə qalxaraq, Kris Rokun üzünə yumruq zərbəsi endirib, həyat yoldaşının adını çəkməməyi tələb edib.

Uill Smitin həyat yoldaşı autoimmun xəstəlikdən əziyyət çəkir. Cada dəfələrlə müsahibəsində saçlarının töküldüyünü deyib.

Hadisədən sonra Kris Rok polisə şikayət verməkdən imtina edib.

Bir gün sonra Smit Kris Rokdan üzr istəyib.

Həmçinin öz istəyi ilə Amerika Kino Sənəti Akademiyasından istefa verib.

Üzr istəməsinə baxmayaraq, bir çox şirkət Uill Smitlə işləməkdən imtina edib.

Ana səhifəMədəniyyətSmitin həyat yoldaşı ilk dəfə “Oskar”dakı qalmaqaldan danışdı