Siyasi məhbusların siyahısı

“Siyasi məhbusların siyahısı” adlı toplu hazırlanıb.

Source:

«Azərbaycanda siyasi məhbusların vahid siyahısı» adlanan bu hesabat tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ekspertlər, hüquqçular, vəkillər, hüquq müdafiəçiləri və ictimai şəxslərin  daxil olduğu işçi qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından ibarətdir, eyni zamanda sənədə imza atan QHT təmsilçilərinin, hüquqşünasların və vəkillərin vahid mövqeyini əks etdirən sənəddir. Siyahıda 98 siyasi və vicdan məhbusunun adı və onların işləri üzrə məlumatlar əks olunub. Siyahı yeni siyasi məhbuslar meydana gələcəyi halda yenilənəcək.

Sənəd siyasi işlərə çıxan vəkil, hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər tərəfindən imzalanıb.

Bu hesabatın məqsədi Azərbaycanda gün-gündən dərinləşən siyasi məhbus probleminə həllinə nail olmaqdır. Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artmış və Azərbaycanın 14 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.

Hesabat 12 avqust 2014-cü il tarixinə qədər siyasi motivli saxta ittihamlarla həbs edilən və azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan siyasi məhbusların işləri əsasında hazırlanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib.

Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılıb, o cümlədən nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının hesabatları, Azərbaycanın üzvü olduğu və qarşısında öhdəlikləri olan təşkilatların, xüsusən də Avropa Şurasının müvafiq sənədləri öyrənilib, mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib, məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi məhbusların vəkilləri və ailə üzvləri, müdafiə komitələri ilə görüşlər təşkil edilib. Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl səbəblərini, bu zaman yol verilmiş qanun pozuntularını, siyasi məhbusların fotoşəkillərini özündə əks etdirir.

İşçi qrupu

12 avqust 2014-cü il

Siz isə siyahını

bu keçiddən

əldə edə bilərsiniz.

Ana səhifəXəbərlərSiyasi məhbusların siyahısı