Sərhəd Xidmətinin əsgəri ehtiyatsızlıqdan ölüb

Natiq Qurbanlının 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrıldığı bildirilir.

Foto: DSX

Dövlət Sərhəd Xidməti ehtiyatsızlıqdan əsgər Natiq Elçin oğlu Qurbanlının ölməsi barədə məlumat yayıb.

Hadisənin DSX-nın Qaradağ rayonundakı N saylı hərbi hissəsində baş verdiyi bildirilib.

Məlumata görə, hadisə təsərrüfat işlərinin görülməsi zamanı baş verib.

Natiq Qurbanlının 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrıldığı bildirilir.

Ana səhifəSosialSərhəd Xidmətinin əsgəri ehtiyatsızlıqdan ölüb