Senator Kardindən növbəti bəyanat

“ABŞ insan hüquq və ləyaqətinin müdafiəsini davam etdirir”

Source:

“ABŞ insan hüquq və ləyaqətinin müdafiəsini davam etdirir”

Bütün dünyada insan hüquqlarını pozanlar bilməlidir ki, ABŞ insan hüquq və azadlıqlarının müdafiəsini davam etdirəcək. ABŞ Senatının xarici siyasət komitəsinin üzvü Bencamin Kardin öz bəyanatında bildirib.

Hüquqların müdafiəsi bəhanəsilə ABŞ-ın başqa öıkələrin daxili işlərinə qarışması barədə ittihamları şərh edən senator deyib ki, bu cür ittihamlar əsasən avtoritar rejimlərdən gəlir.

“Rusiya təcrid edildikcə Putin rejimi hüquq müdafiəçilərinə təzyiqləri artırır və müstəqil KİV və tənqidi səsləri susdurmaqla özünün dözümsüz olduğunu nümayiş etdirir.

Analoji proseslər Çində də baş verir. Buddistlər və uyğurlar separatizmə qarşı mübarizə adı altında təqiblərə, repressiyalara məruz qalırlar.

Azərbaycan hökuməti də öz vətəndaşlarına qarşı repressiyaları davam etdirir, tənqidçiləri təqib edir, həbsə alır.

Hökumət bu cür dözümsüzlüyün aradan qaldırılması istiqamətində iş aparmalıdır, ABŞ isə bu səyləri dəstəkləməyə hazırdır”

Ana səhifəXəbərlərSenator Kardindən növbəti bəyanat