Səfər Mehdiyevin qaynı ilə baldızı oğlu işdən çıxarılıb

Səfər Mehdiyev. Mənbə: “Azərtac”

Şahin Bağırov keçmiş sədrin qohumlarını vəzifəsindən azad edib

Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri Səfər Mehdiyevin iki qohumu işdən çıxarılıb. Məlumatı ilk olaraq “Unikal” saytı paylaşıb.

Meydan TV DGK-dakı mənbəsindən dəqiqləşdirib ki, komitənin sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev vəzifəsindən azad edilib. O, Səfər Mehdiyevin qaynıdır.

Foto: Meydan TV

Şahin Bağırovun digər əmri ilə isə sabiq sədrin baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi vəzifəsindən çıxarılıb.

Ana səhifə ▸ Sosial ▸ Səfər Mehdiyevin qaynı ilə baldızı oğlu işdən çıxarılıb