Avropa Şurasının Nazirlər Komitəsi

Mənbə: Meydan TV

Başlıq: Avropa Şurasının Nazirlər Komitəsi

“Sarqsyan Azərbaycana qarşı” qərarının icrası ertələndi

Nazirlər Komitəsi Azərbaycanla bağlı bir neçə işi incələyib

İyunun 7-si və 9-u aralığında Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) keçirdiyi 1406-cı görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumunu müzakirə edilib.

Toplantıda ümumilikdə 19 qrup işinin icra durumu incələnib.

Bu gün, iyunun 10-da Nazirlər Komitəsi həmin qruplara daxil olan qərarların icra vəziyyəti ilə bağlı qətnamələrini elan edib.

AŞ NK Azərbaycanla bağlı da bir neçə qərarın icra durumunu incələyib. Bunlar Mahmudov və Ağazadə, Məmmədli qrupuna daxil olan, habelə “Sarqsyan Azərbaycana qarşı” qərarlarıdır.

Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 3 qərarının (“Tağıyev və Hüseynov Azərbaycana qarşı”, “Fətullayev Azərbaycana qarşı”, “Mahmudov və Ağazadə Azərbaycana qarşı”) icrası araşdırılıb. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.

AŞ NK-nın qərarında Azərbaycan hökuməti böhtan və təhqirə görə cinayət cəzalarını ləğv etməyə çağırılıb.

“Qanunvericilik tədbirlərinin görülməsi, özəlliklə, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə dəyişiklik tələb olunur. Eləcə də, diffamasiyaya görə cinayət cəzalarının qeyri-mütənasib tətbiq olunmasından və cinayət qanununun digər müddəalarının özbaşına tətbiq olunmasından irəli gələn məsələləri həll etmək üçün prokurorluq və yerli məhkəmələrin praktikasına, eləcə də Respublika prokurorluğu və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulması praktikasına dəyişikliklərin edilməsi zərururidir”, - AŞ NK-nın qətnaməsində vurğulanır.

AŞ NK-nın Məmmədli işi qrupuna daxil olan qərarların icra durumu ilə bağlı qətnaməsində qərarların təxirəsalınmadan icra edilməsi, ərizəçilərin işlərinə Ali Məhkəmədə yenidən, İ.Məmmədov və R.Cəfərov işlərində müəyyən edilmiş presedentə uyğun olaraq baxılması, hökumətin gərəkli məlumatları iyulun 31-dək Nazirlər Komitəsinə təqdim etməsi istənilir.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın (Anar Məmmədli, Həsənov və Başqaları, İ.Əliyev, N.Cəfərli, İbrahimov və Məmmədov, X.İsmayılova (2) ilə bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK “Sarqsyan Azərbaycana qarşı” qərarının icra durumunu ertələyib. Bu qərarın icra durumu “Çıraqov və başqaları Ermənistana qarşı” qərarı ilə birgə, sentyabrda müzakirə olunacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ddflho

Ən çox baxılan