Rüstəm Muradov: Azərbaycan 5, Ermənistan 1 əsir qaytarıb

Yanvarın 28-də günün ikinci yarısında Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi olub

Source: Vikipedia


"Bunlar dekabrın əvvəlində Hadrutda əsir götürülmüş 62 əsirləndəndir"

Yanvarın 28-də günün ikinci yarısında Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi olub.

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov altı hərbçinin evlərinə döndüyünü söyləyib: “Rusiya hərbi təyyarəsi Yerevandan bir azərbaycanlı hərbi əsiri Bakıya gətirdi və beş erməni əsir eyni təyyarə ilə geri gətirildi”.

Rüstəm Muradov bu barədə “İnterfax” agentliyinə danışıb.

"Sputnik.armenia" xəbər verir ki, daha üç erməni məhbus Bakıdan Ermənistandakı qohumları ilə telefonla əlaqə saxlayıb: “Bunlar dekabrın əvvəlində Hadrutda əsir götürülmüş 62 əsirləndəndir”.

Əsirlərin ilk mübadiləsi dekabrın 14-də və 15-də

olub

.

Azərbaycan 44 əsiri, Ermənistan isə 12 nəfəri təhvil verib.


Dekabrın 28-də

isə Azərbaycanın Ermənistana 4, qarşı tərəf iki hərbi əsiri qaytarıb.

Ana səhifəSiyasətRüstəm Muradov: Azərbaycan 5, Ermənistan 1 əsir qaytarıb