Rusiyada müxaliflərin evində axtarış aparılıb

Galyamina “Twitter”də yazıb ki, o, axtarış zamanı evdə olmayıb və vəkili Mixail Biryukov mənzilinə girə bilməyib.

Source: https://openrussia.org/


Həmkarları Andrey Pivovarov və Alina Danilina ilə əlaqə qura bilmirlər

Rusiyada polis Açıq Rusiya müxalif qrupunun koordinatorlarının, müstəqil MBKh media platformunun baş redaktoru və müstəqil bələdiyyə namizədlərinin evlərində axtarış aparıb, – RFE/RL xəbər verir.

Açıq Rusiya koordinatoru Tatyana Usmanova iyulun 9-da “Twitter”də yazıb ki, Moskva polisi onun mənzilində və başqa müstəqil bələdiyyə millət vəkili Konstantin Yanauskasın həyat yoldaşı olan bələdiyyə millət vəkili Yulia Galyamina və Olga Gorelikn mənzillərində axtarış aparıb.

“Onlar qapını sındıracaqlar. Vəkilləri gözləmək istəmirlər” – deyə Usmanova “Telegram”da yazıb.

Galyamina “Twitter”də yazıb ki, o, axtarış zamanı evdə olmayıb və vəkili Mixail Biryukov mənzilinə girə bilməyib. Galyamina qeyd edib ki, mənzildə onun xəstə oğlu tək olub.

MBKh Media xəbər verir ki, Moskva polisi platformanin baş redaktoru Sergey Prostakovun evinə də gəlib. Qeyd olunur ki, vəkili Gennadi Fyodorova axtarış zamanı müştərisinin mənzilinə girməyə icazə verilməyib.

Sibirin Tomsk şəhərində polis Açıq Rusiyanın (Open Russia) vəkili Aleksey Pryanishnikovun evində də axtarış edib, – onun həyat yoldaşı Nadejda MBKh Mediaya bildirib.

Açıq Rusiya nümayəndələri Mediazona onlayn xəbər portalına deyiblər ki, həmkarları Andrey Pivovarov və Alina Danilina ilə əlaqə qura bilmirlər.

Rəsmilər axtarışların niyə aparıldığına dair açıqlama verməyib.

Açıq Rusiya hüquqşünası Sergey Badamshin Gorelikin evindəki axtarışın Yukos neft nəhəngi ilə əlaqəli olduğunu deyib. Qrupun mətbuat katibi Konstantin Fomin Mediazonaya açıqlamasında isə Yukos işinin axtarışların aparılması üçün bir bəhanə olduğunu deyib.

Fominin sözlərinə görə, axtarışların əsl səbəbi müxalifət fəallarının iyulun 15-də Moskvanın Puşkin Meydanında aksiya keçirməsini istəməsi ola bilər. Etiraz yaxınlarda keçirilmiş konstitusiyaya dəyişikliklərlə bağlı olub. Dəyişikliklə Prezident Vladimir Putinin hazırki altı illik müddəti 2024-cü ildə başa çatdıqdan sonra daha iki müddətə ölkə rəhbərliyinə seçilə bilər.

Ana səhifəDünyaRusiyada müxaliflərin evində axtarış aparılıb