Qudalar hakimiyyəti (İnfoqrafika)

Hakimiyyətdaxili nazir və məmurların bir-biriylə quda olmasını əks etdirən infoqrafika

Source:

Prezident Administrasiyasının rәhbәri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir.

Ziya Məmmədovun oğlu Anar Məmmədov Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə evlidir.

Ziya Məmmədovun qızı Nigar xanım, Salyanın keçmiş icra başçısı, deputat Əliağa Hüseynovun oğlu ilə evlidir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun qızı ilə ailə həyatı qurub. Daha sonra boşanıblar.

Həmçinin Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə qudadır. Belə ki, rabitə nazirinin oğlu Pirverdiyevin qızı ilə evlidir.

Daxili işlər naziri Ramil Usubovun oğlu Emil Usubov Xətai rayonu prokuroru Yusif İldırımzadənin qızı ilə evlidir.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə nişanlı olub.

Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun oğlu Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızı ilə evlidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı isə Milli Məclisin deputatı Qalib Salahzadənin oğlu ilə evlidir.

Müdafiə Sənayesi Naziri Yavər Camalovun oğlu baş prokurorun birinci müavini Rüstəm Usubovun qızı ilə evlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qızı ilə evlidir.

Milli Məclisin spikeri Oqtay Əsədovun qızı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin oğlu ilə evlidir.

Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qızı ilə evlidir.

ALLAH XOŞBƏXT ETSİN!

Ana səhifəXəbərlərQudalar hakimiyyəti (İnfoqrafika)