QHT-lərin bağlanmasına səbəb…(VİDEO)

Azərbyacanda QHT-lərin fəaliyyəti iflic vəziyyətindədir, hökumətin üzərinə götürdüyü öhtəlikdən imtina etməsi gündəmdədir

“Buranın sahə müvəkkili Elşən Abbasov da gələrək, hər iki ofisin qapısını möhürləyib. Əgər biz bu qapını sındırsaq, onda məsuliyyət daşıyırıq”.


Daha bir QHT rəsmən bağlanıb

Söhbət Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisindən gedir. Təşkilatın hüquqşünası

Günay İsmayılova

deyir ki, 8 avqust tarixində R

espublika Prokurorluğundan gələn rəsmilər yalnız ikinci mərtəbədə axtarış aparmaq sanksiyasını göstərsələr də, qurumun birinci mərtəbəsinə qanunsuz şəkildə daxil olaraq, oradan könüllü çalışanlara aid şəxsi əşyaları da müsadirə ediblər:


“Şəxsi telefonları da müsadirə edirlər, hansı ki  birini etdilər və biz sonra onu geri ala bildik. Qərar olsa belə, bu, qanunsuz icra olunub. Əməkdaşlarımızın şəxsi əşyalarını da götürürdülər ki, onları sonradan istintaqa çağıracaqlar. 20-dən çox kompyuter aparıblar. Monitor, video-aparat, təhlükəsizlik kameraları götürüblər. Fotoaparatların qiyməti 4-5 min manatdır. Maddi ziyan daha çox dəyib”.


QHT-lərə Dövlət Dəstəyi Şurasının verdiyi məlumata görə, ölkədə təxminən 3 minə yaxın QHT qeydiyyatdan keçib. Onlardan 500-ü işləsə də, 50-si aktiv fəaliyyət göstərir. Bu ilin aprel ayından isə müxtəlif səbəblərlə təxminən 13 QHT-nin fəaliyyəti faktiki olaraq həm sədrlərinin, həm də təşkilatların bank hesablarına həbs qoyulmaqla dayanıb.



Hesabına həbs qoyulan təşkilatlar:


Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi


Hüquq Maarifçiliyi Cə


miy


yəti


Milli və Beynə


lxalq Araşdı


rmalar Mərkəzi


Azad İqtisadiyyata Yardım İctimi Birliyi


Beynəlxalq Mediaya Dəstək Təşkilatı


Neftçilə


rin Hüquqlarının M


üdafiə


si T


əşkilatı


Demokratik və


İnsan Hüquqları Resurs M


ərkəzi


Azərbaycan Hüquqşünaslar Birliyi


Media H


üquqları İnsti


tutu


Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikrincə, bu yay hökümət tərəfindən QHT-lərə edilən hücumların kökündə bu təşkilatların alternativ hesabat hazırlaması durur:


“Müxtəlif qurumlar var idi ki, onlar alternativ hesabat hazırlayırdılar. Kökdə duran səbəblərdən biri bizim verdiyimiz hesabatların hökümətin verdiyi hesabatlarla üst-üstə düşməməsidir. Biz müstəqil, tərəfsiz olaraq bunun monitorinqini aparmışıq. Bu da müxtəlif qurumlara sərf etmir. Onların üzü danlanmalı olur”.


Mirvari Qəhrəmanlının sözlərinə görə, bank hesablarına qoyulan həbslər sonra təşkilat rəhbərlərinə də yönəlir ki, burda da səbəb kimi vəzifə səlahiyyətini aşma, təşkilatın qeydiyyata alınmaması və s. göstərilir. Hazırda qeydiyyat problemi ilə qarşılaşan 40-dan çox təşkilat mövcuddur. Ədliyyə Nazirliyindən isə QHT sahəsindəki mövcud vəziyyətlə bağlı yaranan sualları cavablandıran olmadı. Mətbuat xidmətinin rəhbəri tədbirləri   əsas gətirərək, suallardan yayındı.

Faəliyyətsiz qalan QHT-lərin hər birində ayrı-ayrı layihələr üzrə təxminən 30 nəfər işçi çalışsa da, artıq neçə vaxtdır ki, onlar öz əməkhaqlarını ala bilmir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyir ki, təşkilatların layihəsi olmadığından  bununla bağlı hər hansı bir addım atmaq mümkünsüzdür.


 Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri: “Səhiyyə Nazirliyi ilə əlaqəli işləyən QHT-nin bank hesabı açılacaq”


 “QHT-nin gəliri yoxdur. Əmlakı minimaldır. Belə hallarda ya donor imtina etdikdə və ya həbs qoyulduqda işçilər  taleləri ilə barışır. Amma mənim bildiyim qədəriylə bir çoxunda bu həbslər açılmalıdır. Bu, istintaq prosesi üçün ayrılan məsələlərdir. Ümüd edirəm ki bunların taleyi belə qalmayacaq. Elçin Abdullayevi tanıyıram. Əsasən Səhiyyə Nazirliyindən alır layihələri. Vəsaiti də nazirlikdəndir. Orda araşdırıb pozuntu olsa, adminstrativ cəza olacaq, amma təşkilatın bank hesabının açılaacağına əminəm”.



Qərb ölkələri bəyanat verir, narahatlığı yerli təşkilat rəhbərləri çəkir


Şəxsi depozit hesabına da həbs qoyulan Mirvari Qəhrəmanlı isə beynəlxalq təşkilatların


 bəyanatlarından narahat olduğunu gizlətmir:


“Azərbaycan hökuməti 4-cü bir milli fəaliyyət planı götürüb. Bu da müstəqil vətəndaş cəmiyyətinin məhvinə doğru yönəlib. Heç kim fikirləşməsin ki, hansısa donordan pul alanda onun quluna çevrilirsən, yaxud da hansısa bir ölkədə ixtişaşlar törədəcəksən. Azərbaycan da bir çox yerlərə vəsait ayırır. Bəyəm indi bunlar da tələb qoyurlar ki, bu ölkələrdə ixtişaşlar yaransın? Rayonların bir çoxunda hətta pulsuz vəkil də yoxdur ki, insanlar özlərini müdafiə edə bilsinlər. Sən ölkədə qayda yarat, hüquq müdafiəçilərinə ehtiyac olmasın. Mən narahatam, bilmirəm sonrakı addımlar nə olacaq. Hazırda çox ciddi bəyanatlar səslənir”.


Ö

lkədə jurnalistlərin hüquqlarını qoruyan və aktiv təşkilat sayılan RATİ-nin rəhbərindən də xəbər yoxdur


Ölkədə jurnalistlərin də hüquqlarını qoruyan RATİ-nin qapısı möhürlü olsa da, Günay İsmayılova deyir ki, könüllü əməkdaşlar bundan sonra da öz işlərini davam etdirəcəklər. Onlar yalnız  rəhbərlərindən hələ də xəbə


r almamalarından narahatdırlar


:


“Sədr hardadır, məlum deyil. Ola bilər ki, onlar tərəfindən oğurlanıb və ya başına başqa iş gətirilib, bu, məlum deyil. Bütün bunlar RATİ-nin fəaliyyətinin iflic olmasına hesablanan addım idi ki, onlar buna nail olublar”.

Ana səhifəVideoQHT-lərin bağlanmasına səbəb…(VİDEO)