Ali Məhkəmənin hakiminin özünü öldürdüyü bildirilir

İlqar Dadaşov. Foto: “supremecourt.gov.”

62 yaşlı hakimin niyə intihar etdiyinin səbəbi açıqlanmır

 Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşovun intihar etdiyi bildirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.

Mənbə intiharın səbəbi barədə ətraflı bilgi verməyib.

İlqar Dadaşovun hakim yoldaşlarından biri də faktı Meydan TV-yə təsdiqləyib.

1962-ci il təvəllüdlü İlqar Dadaşov 2023-cü ildə Prezidentin sərəncamıyla “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

Ana səhifəSosialAli Məhkəmənin hakiminin özünü öldürdüyü bildirilir