Pullu Xəzər dənizi

Bakının bütün çimərlikləri istisnasız qumsallıqdır və demək olar, hamısı dayazdır ki, bu da onları praktiki olaraq hər kəs üçün – həm böyüklər, həm balacalar, həm üzə bilənlər, həm də üzə bilməyənlər üçün cəlbedici edir.

Source: Мейдан ТВ
Pullu Xəzər dənizi


Azərbaycanın paytaxtında çimərlik mövsümü rəsmi olaraq iyunun 15-də başlayır və oktyabrın ortasınadək uzana bilər. Həmin ay burda havanın hərarəti 30 dərəcədən azacıq az olur. Bakının bütün çimərlikləri istisnasız qumsallıqdır və demək olar, hamısı dayazdır ki, bu da onları praktiki olaraq hər kəs üçün – həm böyüklər, həm balacalar, həm üzə bilənlər, həm də üzə bilməyənlər üçün cəlbedici edir.

Amma Xəzərin Bakı sahilində heç də hər şey göründüyü kimi rahat deyil. Məsələn, yerli və xarici turistləri sahildə pulsuz qarala bilməmək hürküdə bilər. Artıq bir neçə ildir ki, çimərlik mövsümünün başlaması ilə pullu çimərliklər problemi üzə çıxır. Siz burda hər şeyə – maşın saxlamağa, məşğul edəcəyiniz çimərlik masalarına və çətirlərə görə pul ödəməlisiniz. Bu çimərliklərə öz yeməyinizlə də, məsələn, yemiş və qarpızla gələ bilməzsiniz. Çimərliklərin düz girişində asılmış lövhələrdəki yazılar bu barədə xəbərdar edir.

Pulsuz, deməli, çirkli

Bununla belə, Bakıda pulsuz çimərliklər var. Hərçənd burda istirahət edənlər natəmizlikdən şikayətlənirlər. Sahildə və dənizdə çoxlu zibil var, əvəzində zibil qabları, soyunub-geyinmə otaqları, duş kabinaları yoxdur.

“Təəssüf ki, Azərbaycanda çimərliklər çirklidir. Su, qum, insanlar gözəldir. Onların pulsuz olması yaxşıdır, amma çimərliklərdə çoxlu şüşə və plastik butılkalar və başqa zibillər var”, – Amerikadan olan turistlər öz təəssüratlarını Meydan TV ilə bölüşüb.

Yerli tursitlər zibil qablarının olmamasından şikayətlənirlər. Onların fikrincə, insanlar bu səbəbdən zibili hara gəldi atırlar.

“Kimsə bu işlərə nəzarət etməlidir, bircə zibil çəlləyi var, bu isə çox azdır”, – yerli turist söyləyib.

pullu_chimerlikler.00_00_08_05.Still007.jpg
Çimərlikdə qadağa posteri

Dəniz suyuna görə pul ödəyin

Təmiz, amma pullu çimərliklərdə isə hər kəs dincələ bilmir. Amma bu il Bakı meriyası ciddi olaraq bu məsələ üzərində düşünür. Demək olar, çimərlik mövsümünün əvvəlindən bəyan edib ki, çimərliyə girmək üçün pul ödəmək qeyri-qanunidir.

Bakı İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşları bir çox çimərlikdə reyd keçirib və şlaqbaumlarla pul lövhələrini götürüb.

Sahibkarlara çimərliklərə girişlərin ödənizşsiz olması barədə xəbərdarlıq ediblər.

“Bəzi çimərliklərdə adamlardan dəniz suyundan istifadəyə görə pul alındığı aydın olub. Reydin məqsədi bu cür halların qarşısını almaqdır… Monitorinqlər vaxtaşırı davam edəcək”, – Bakı İH Ticarət və Xidmət Departamentinin konsultantı Bayram Həsənov jurnalistlərə vəd edib.

Hərçənd reydlər situasiyanı gözə çarpacaq dərəcədə dəyişməyib. Şlaqbaumları, həqiqətən də, aradan qaldırıblar, amma masalar və çətirlərə görə əvvəlki kimi pul ödəməli olacaqsınız, üstəlik sizi öz yeməyinizlə də içəri buraxmayacaqlar. Çimərliyin ərazisində isə içki və yemək bazardan qat-qat bahadır.

İctimai hələ pulsuz demək deyil

pullu_chimerlikler.00_01_18_05.Still009.jpg
Avqustda Bakı plajı

Avqustun əvvəlində bir çox hökumətyönlü KİV Bakıda Azərbaycan prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “özəl çimərliklərə alternativ olaraq” ictimai çimərliklərin açılması haqda yazdı. Ümumilikdə içində çətirlər, soyunub-geyinmə otaqları, duş kabinaları, tualetləri, köşkləri olan yeddi bu cür çimərliyin açılmasını vəd edirlər. Pulsuz çimərliklərdə çatışmayan məhz bunlardır. Üstəlik bu cür çimərliklərdə “xidmətdən istifadənin də pulsuz olacağını” vəd edirlər.

Amma ictimai çimərlikdə olmuş yerli sakinin xəbər verdiyi kimi, orda istirahət edənlərdən masalar və çətirlərə görə pul istəyirlər. Pul ödəməkdən imtina edənlərdən isə çimərliyin ərazisini tərk etməyi xahiş edirlər.

Pullu çimərliklər turizmin inkişafına əngəl törədir

Son illər neftin qiyməti düşəndən sonra Azərbaycan hökuməti qeyri-neft sektorunun prioritet yönlərindən biri kimi turizmin inkişafını elan edib. Ötən il Bloomberg şirkəti ölkəni “Top-10”-un ən sürətlə inkişaf edən tur-istiqamətinə daxil edib.

Rəsmi məlumatlara görə, 2019-cu ilin ilk beş ayında Azərbaycana 1,4 milyon xarici turist gəlib. Bu isə ötən illə müqayisədə 6,5% çoxdur. Təəccüblü deyil ki, onların çoxunu məhz isti dəniz, sarı qum və mülayim iqlim cəlb edir. Amma müəyyən olunduğu kimi, çoxunu narahat edən pullu çimərlik məsələsi bu il də çözülməyib.

Ana səhifəSosialPullu Xəzər dənizi