Prokurorluq: Matros hospitalda intihar edib

İntihar, Big Stories Production/shutterstock

Hərbi qulluqçunun tibbi müayinələrdən yayınaraq hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsindən özünü atdığı deyilir

Yanvarın 22-də matros Ramil Rzaquliyevin Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında intihar etdiyi bildirilir.

Bu barədə Respublika Prokurorluğu məlumat yayıb.

Respublika Prokurorluğu Ramil Rzaquliyevin ötən ilin oktyabrında hərbi xidmətə çağrıldığını və hərbçinin psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçdiyini qeyd edib:

“Matros Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib, saat 11 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib”.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığı deyilir.

Ana səhifəSosialProkurorluq: Matros hospitalda intihar edib