Patrik Züskindin pyesi Şah Mat Teatrında

Foto: https://insipid.de/

“Kontrabas” 16 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulub

Müasir alman yazıçısı, dramaturqu və ssenaristi Patrik Züskindin “Kontrabas” (“Der Kontrabass”) pyesi Şah Mat Teatrında səhnələşdirilib.

Teatrın mətbuat xidmətinin yaydığı məlumata görə, eyniadlı tamaşa dekabrın 11-də nümayiş olunacaq.

Teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi monotamaşada aktyor Fərid Vəliyev çıxış edir.
Dekorasiyası kubizm üslubunda qurulmuş tamaşanın rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.

50 dəqiqəlik tamaşada əsərdə olduğu kimi kontrabas ifaçısının – qəhrəmanın ilk öncə bu musiqi alətinə olan sevgisindən danışılır, daha sonra isə onu parça-parça etmək istəyini göstərir.

“Kontrabas” 16 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulub.

Patrik Züskind teatr səhnəsində ilk nailiyyətini “Kontrabas”la (1981) qazanıb. Sonra ona dünya şöhrəti gətirən “Ətriyyatçı” (1985) romanı, “Göyərçin” (1987) və “Cənab Zommerin tarixi” (1991) novellalarını yazıb.

Ana səhifəMədəniyyətPatrik Züskindin pyesi Şah Mat Teatrında