ODA Teatrında aktyorluq kursları açıldı

Məşğələ dərslərdən əlavə, kursun iştirakçıları üçün mühazirə, təlim və ekskursiyalar təşkil olunacaqdır.

Source:



Oda Teatrı


 tərəfindən təsis edilən teatr aktyorluğu kurslarında dərslər peşəkar aktyor, rejissorlar tərəfindən aparılacaqdır. Bu barədə


MeydanTV


-yə teatrın rəhbəri Elmin Bədəlov məlumat verib.

Dərslərdə iştirak etməyən şəxslərə həmin dərslər yenidən tədris edilmir. Hər ayın sonunda kurs iştirakçısı özündək irəliləyişləri bilməsi üçün kursun müəllimləri tərəfindən imtahanda iştirak edəcəkdir. Kursun sonunda isə sertifikat ala bilməsi üçün kursun iştirakçısı özünün

“MonoMan”

 başlığı altında tamaşası ilə çıxış edəcəkdir. Ən yaxşı mono tamaşa teatrın repertuarına əlavə olunacaq.

Kursa qəbul olunmaq istəyənlər mart ayının 1-nə kimi öz “sivi”lərini (CV) odateatr@gmail.com ünvanına göndərə bilərlər.

Kursun müddəti 4 aydır və ödənişlidir. Dərslər mart ayında başlayacaq və martın 1-dən sonra göndərilən CV-lər qəbul olunmayacaq. Qəbul olunan üzvlərə isə dərs proqramı veriləcək:

Əlaqə: 050 394 48 64

Ünvan: Dilarə Əliyeva 141

Ana səhifəXəbərlərODA Teatrında aktyorluq kursları açıldı