“Müdafiə Xətti” əfv sərəncamı üçün prezidentə müraciət etdi

Müraciətdə deyilir ki, təşkilat ölkədə Konstitusiya ilə təminat verilən siyasi hüquq və azadlıqlardan (ifadə, toplaşma, birləşmə, vicdan, seçki və s.) istifadə etməsi səbəbindən həbs edildiyi barədə ciddi əsaslar olan şəxslərin hüquqlarının qorunmasına xüsusi önəm verir.

Source: Meydan TV


"Vətəndaşların tənqidi siyasi fəaliyyətinə görə qurama əsaslarla həbsi demokratik proseslərə böyük ziyan vurur”

“Müdafiə Xətti” İnsan Haqları İctimai Birliyi Ramazan bayramında əfv sərəncamının imzalanması üçün Azərbayca Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir ki, təşkilat ölkədə Konstitusiya ilə təminat verilən siyasi hüquq və azadlıqlardan (ifadə, toplaşma, birləşmə, vicdan, seçki və s.) istifadə etməsi səbəbindən həbs edildiyi barədə ciddi əsaslar olan şəxslərin hüquqlarının qorunmasına xüsusi önəm verir. ““Müdafiə Xətti” yada salır ki, sizin bu ilin mart ayında imzaladığınız əfv sərəncamı nəticəsində hüquq müdafiə təşkilatlarının siyasi məhbus kateqoriyasına aid etdiyi 38 şəxs azadlığına qovuşdu. Bu qərarınızı önəmli addım kimi dəyərləndiririk. Bununla birlikdə təəssüflə bildirmək istəyirik ki, cəzaçəkmə müəssisələrində məhkumluğunun siyasi motivli olduğu hüquq müdafiəçiləri tərəfindən qəbul edilən onlarla məhbus qalmaqdadır. Üstəlik, çoxlu sayda siyasi fəal şəxslər bu gün məhkəmələrdə siyasi motivli saxta ittihamlarla üz-üzədir. Vətəndaşların tənqidi siyasi fəaliyyətinə görə qurama əsaslarla həbsi ölkədə demokratik proseslərə və qanunların aliliyinə böyük ziyan vurur. Üstəlik, bu, siyasi opponent qüvvələr arasında qeyri-sağlam çəkişmələrə yol açır, konstitusion siyasi mübarizəni sarsıdır, radikalizmə, barışmazlığa yol açır, ölkəmiz üçün çox vacib olan siyasi dialoqu və faydalı siyasi işbirliyini mümkünsüz edir”, – müraciətdə deyilir. Daha sonra vurğulanır ki, belə şəxslərin bir an gecikmədən azadlığa qovuşmaları, cinayət təqibindən qurtulmaları daxili sülh, qarşılıqlı inam, ölkənin problemlərini çözmək yolunda birgə siyasi fəaliyyət, eyni zamanda, xaricdən gələn siyasi təsirləri önləmək üçün olduqca vacibdir:

“Bu, eləcə də ölkəmizdə insan haqlarının durumu ilə bağlı neqativ tendensiyaları dayandıracaq, göstəriciləri yaxşılaşdıracaq, qanunun aliliyi sahəsində ciddi irəliləyiş olacaqdır. “Müdafiə Xətti” inanmaq istərdi ki, müqəddəs Ramazan bayramının verdiyi fürsətdən istifadə edərək vicdan və siyasi məhbus həyatı yaşayan şəxslərin azadlığını təmin edəcək əfv sərəncamı imzalanacaqdır”.

“Müdafə Xətti” 2020-ci ilin iyul ayında Azərbaycanda insan haqlarının qorunmasına və dəstəklənməsinə, hüququn aliliyinin, qanunun üstünlüyünün təmin edilməsinə yardım məqsədilə yaradılıb.

Ana səhifəSiyasət“Müdafiə Xətti” əfv sərəncamı üçün prezidentə müraciət etdi