Müdafiə Nazirliyi: Erməni silahlı dəstəsi Ağdərədə təxribata cəhd edib

“Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq”.

Foto: Müdafiə Nazirliyi


Ermənistan tərəf isə Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib

Oktyabrın 15-də Ağdərə istiqamətində qanunsuz erməni silahlı dəstəsinin təxribata cəhd etdiyi deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat

yayıb.

Nazirlik bildirib ki, bu gün səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində Azərbaycan hərbi bölmələrinə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb: "Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər".

Müdafiə Nazirliyi mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsini yolverilməz sayır: "Bu, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq".

Ermənistan tərəf Azərbaycan silahlı qüvvələrini atəşkəsi pozmaqda ittiham

edib

: "Bu gün səhər saat 09:00 radələrində "Artsax"ın şimal-şərq istiqamətində yerləşən Müdafiə Ordusunun bir bölməsinin təcili yardım maşınına atəş açılması barədə xəbər yayılıb. Hadisə ilə bağlı "Artsax Respublikası"nın Rusiya sülhməramlı qüvvələrinin komandanlığına məlumat verilib".

Məlumatda bildirilib ki, erməni tərəfdən zərərçəkən olmayıb.

Oktyabrın 14-də Azərbaycanın hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev snayper atəşi nəticəsində həlak

olub

.

Ermənistanın Ombudsmanı Arman Tatoyan isə Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 6 nəfərin yaralandığı haqda məlumat

yayıb

.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Erməni silahlı dəstəsi Ağdərədə təxribata cəhd edib