MSK-da partiyaları kimlər təmsil edəcəklər?

Sürəddin Hümmətov isə ehtiyat üzv kimi irəli sürülüb.

Source:


ReAl Partiyası Mətin Rəhimlinin namizədliyini irəli sürüb

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvülüyünə namizədlərini müəyyənləşdirib.

Bu barədə YAP məlumat yayıb.

YAP-dan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov və Validə Kazımova irəli sürülüblər.

Sürəddin Hümmətov isə ehtiyat üzv kimi irəli sürülüb.

ADİP və VBP hazırda komissiya üzvü olan Tofiq Həsənovu yenidən təsdiqləyib.

ReAl isə Mətin Rəhimlinin namizədliyini irəli sürüb.

Böyük Quruluş Partiyası (BQP) Bəxşeyiş Əsgərovu, Ana Vətən Partiyası (AVP) Etibar Quliyevi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mikayıl Rəhimlini, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Almas Qəhrəmanlının namizədliyini irəli sürüb.

Vəhdət və Milli Cəbhə və Azərbaycan Demokratik Maarifçilik partiyaları isə MSK-ya namizədlərini hələ müəyyənləşdirməyiblər.

MSK ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq.

Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Namizədlər aprelin 27-də Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəSiyasətMSK-da partiyaları kimlər təmsil edəcəklər?