Milli Məclis deputatların maaşını artıran dəyişikliyi qəbul etdi

Foto: Milli Məclis

I oxunuşda Ombudsmanın da maaşı artırılıb

Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib.

İclasda “Azərbaycan Respublikası Milli Məcilisi deputatlarının statusu haqqında” Qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Yeni dəyişikliyə əsasən, Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Spikerin I müavini sədrin aylıq vəzifə maaşının 90 faizi, digər müavinlər 85 faizi, komitə və komissiya sədrləri 80 faizi, komissiya sədrinin müavini – 75 faizi, deputat isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında əməkhaqqı alacaq.

Hazırkı qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

Eyni zamanda, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılıb.

Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq.

Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.

Ana səhifəXəbərlərMilli Məclis deputatların maaşını artıran dəyişikliyi qəbul etdi