Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb (yenilənib)

Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb

Source:


Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb

————————————————————————————-


“71 nömrəli məktəbin uzaq məsəfədə yaşayan valideynləri tərəfindən övladlarının məktəbə gətirilib-aparılması üçün özəl avtobus xidmətindən istifadə edilir. Bu gün səhər saatlarında məktəbə gələrkən qəza baş verib”.


Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.


İdarədən verilən məlumata görə, 10-a yaxın şagird xəstəxanaya aparılıb: ”Yüngül xəsarət alması səbəbilə hazırda hamısı evə buraxılıb”.


————————————————————————————–

Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza zamanı 10-u uşaq olmaqla 12 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər klinik xəstəxanası na çatdırılıb. Uşaqları daşıyan “Ford” markalı mikroavtobusun  “Niva” ilə toqquşduğu bildirilir.

“Buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb”, – xəstəxanadan bildirilib (


ANS, report.az


).

Ana səhifəXəbərlərMəktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb (yenilənib)