Ərdoğan CHP lideri ilə görüşdü, bir-birinə hədiyyə verdilər

Foto: AA

Türkiyə Prezidentinin də CHP qərargahına gedə biləcəyi deyilir

Mayın 2-də Türkiyənin Prezidenti Tayyib Ərdoğanla Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə görüşüb.

8 ildən sonra iki partiyanın liderlərini bir araya gətirən görüşün ünvanı AKP ümumi qərargahı olub.

Onların 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı ziyafətində qısa söhbət etdikdən sonra görüş təyin etdikləri vurğulanıb.

Təxminən saat yarım davam edən görüşdən sonra Özgür Özəl dövlət başçısı ilə görüşün müsbət atmosferdə keçdiyini bildirib:

Müsbət ab-havada keçdi, nəticələr verəcəyinə ümid edirəm. Yaxın günlərdə prosesləri izləyəcəyəm. Danışıqları və mübarizəni birlikdə aparacağıq”.

Liderlər bir-birinə hədiyyə ediblər, Ö.Özəl R.T.Ərdoğana Manisada keçirilən Beynəlxalq Mesir Pasta Festivalından gətirdiyi mesir pastasını, Prezident isə partiya liderinə bir dəst fincan, çay və bal hədiyyə edib.

Görüş zamanı Ərdoğanın özəl katibi Həsən Doğana “gəlin ən qısa zamanda CHP qərargahına cavab səfəri edək” dediyi bildirilir.

Qeyd olunur ki, Özəl Cümhuriyyət Xalq Partiyasına səfərdən məmnun olacaqlarını deyib.

Ana səhifəSiyasətƏrdoğan CHP lideri ilə görüşdü, bir-birinə hədiyyə verdilər