Səadət Yusifova nazir müavini təyin edilib
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tutduqları vəzifədən azad ediliblər.
![](https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/image-25.png)
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyevin digər sərəncamı ilə Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.
![](https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/image-26-1200x759.png)
Səadət Yusifova 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib.
Hüquq üzrə fəlsəfə doktorudur.
Bu təyinata qədər o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyirdi.
Vəzifədən çıxarılan Sevda Məmmədəliyevaya gəlincə, o, 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə 2011-ci ildən mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.
2022-ci il dekabrın 22-də Prezident İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad edib.
Mədəniyyət nazir vəzifəsinin müvəqqəti icrasını Adil Kərimliyə həvalə edib.
Adil Kərimli ötən gün – fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi ilə Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı demişdi ki, Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlər mövcuddur.