Manat ucuzlaşdı, avro bahalaşdı

Source:

Bu gün iyulun 31-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 1,0493 manata düşüb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0036 manat və ya 0,31 faiz artaraq 1,1488 manat olub.

Ana səhifəXəbərlərManat ucuzlaşdı, avro bahalaşdı