Lənkəranda avtobus dağlıq yoldan evin həyətinə aşıb

Məlumata görə, yoxuşu qalxarkən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb.

Source: meydan tv


Hadisə nəticəsində ölən və yaralananlar var

Lənkəranın Bəliton kəndində avqustun 28-də “PAZ” markalı avtobus dağlıq yoldan fərdi yaşayış evinin həyətinə aşıb.

“Report” saytının məlumatına görə, Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi avtobus, içərisində 22 nəfər sərnişinlə yüksək dağlıq ərazidə yolsuzluq şəraitində hərəkət edərkən texniki nasazlıqlar səbəbindən qəzaya uğrayıb.

Məlumata görə, yoxuşu qalxarkən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb.

Hadisə yerinə gələn polis əməkdaşları sürücünün hadisə yerində öldüyünü müəyyən ediblər. Avtobusda olan 22 nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə evlərinə buraxılıblar.

Ana səhifəSosialLənkəranda avtobus dağlıq yoldan evin həyətinə aşıb