None

Mənbə: 

Korrupsiya, senzura və DPİ satışı

Azərbaycan İsraildən aldığı avadanlıqla sosial şəbəkələri nəzarətdə saxlamağa çalışır

2015-ci ildə Azərbaycan hökuməti Bakı-2015 Avropa Oyunları sırasında ictimai medianı izləmək və bloklamaq üçün xüsusi təhlükəsizlik avadanlığı alıb.

"Qurium.org“ bununla bağlı araşdırma edib.

Araşdırmalar zamanı müəyyənləşib ki, 2015-ci ildə ötürülən informasiyanı nəzarət altında saxlamaq məqsədilə istifadə olunan avadanlıq İsrailin əsaslı təhlükəsizlik şirkəti olan „Allot Communications“ (Allot Kommunikasiya) şirkətindən satın alınıb. Həmin şirkət 2011-ci ildə Danimarkada yaşayan üçüncü şəxs vasitəsilə İrana qabaqcıl İKT avadanlıqları satdıqdan sonra dünyanın diqqət mərkəzinə çevrilib.

“Pulu izlə - cinayətkarı tap”

Araşdırmada qeyd olunur ki, hər şey milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsindən və bir neçə yüksək rütbəli təhlükəsizlik əməkdaşının həbs olunmasından həftələr sonra, 2015-ci ilin oktyabr ayında İlham Əliyevin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu işdən azad etməsilə başlayır:

"Abbasovun vəzifədən uzaqlaşdırılma səbəbi göstərilmədi. Lakin daha sonra Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan onlarla vəzifəli şəxs haqqında cinayət işi açdığı məlum oldu. Bəzi layihələr ilkin olaraq sosial şəbəkələrin bloklanması üçün istifadə olunan xüsusi İKT avadanlığının alınmasını hədəfləyirdi. Lakin sonradan müstəqil xəbər saytlarının da bloklanması nəzərdə tutuldu. Bu xəbər saytlarından bəziləri "Qurium“la əməkdaşlıq edir, buna görə də də bu cinayət işi bizim diqqət mərkəzimizdədir”.

Araşdırmada qeyd olunur ki, bir il sonra (2016-cı il noyabr ayında) gözlənilməz hadisə baş verdi. Hökumətyönümlü "Qafqazinfo.az" və "lent.az" saytları İKT Nazirliyi ilə bağlı cinayət işinin əsas detallarını dərc etdi. Göründüyü kimi, nazirliyin daxilində təmizlənmə vaxtı gəlmişdi və kimsə günahı öz boynuna götürməli idi.

Məqalədə deyilir ki, “Bakı 2015” Avropa Oyunları üçün avadanlığın alınması məqsədilə İsrailin "Allot Communications" şirkətinə təxminən 3 milyon dollar ödənilib. Avadanlıq Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən “Facebook”, “Viber” və “Whatsapp” kimi sosial şəbəkələri nəzarətdə saxlamaq məqsədilə satın alınıb.

Məqalədə yazılana görə A.Kərimov (AKEY-nin təsisçisi) və Cəmil Abdullayev ( AKEY-in texniki direktoru) Milli Təhlükəsizlik Nazirliyinin işçisi Riyad ilə birlikdə İsrailə səfər edib. “Azeri.today” saytının yaydığı məlumata əsasən, avadanlıq AKEY MMC-nin əməkdaşları tərəfindən "Azertelecom", "Azercell","Bakcell”-in ofisində yerləşdirilib. Yoxlamalar zamanı məlum olub ki, Aztelekom MMC-nin ofisində yerləşən avadanlıqlar “Cartburg NC” şirkətinə, digər iki avadanlıq isə Milli Təhlükəsizlik Nazirliyinə məxsusdur.

“Azertelekom”un ofisində yerləşdirilən avadanlıq S-12 stansiyasında quraşdırılıb və bu təxminən 113 min dollara başa gəlib.

„Azərbaycan dövlət mediasının yaydığı digər bir məlumatıa əsasən, pulun əksəriyyəti „Cartburg” tərəfindən yönəldilib. „Azərtac“ın yayımladığı məqalədə deyilir ki, “Cartburg“ „Caspian Telecom“ şirkətinin törəmə şirkəti kimi tanınır. „Cartburg” üç mənbədən 90 milyon dollar alıb və ən azı altı digər vasitəçiyə ötürüb. „Allot“ bunlardan biri idi. Məlum olur ki, pulun əksər hissəsi „AzInTelecom“un payına düşür (82 milyon dollar)“ – araşdırmada vurğulanır.

Xatırlatma:

Araşdırmanın xatırlatma hissəsində deyilir:

““Azadliq.info” 2014-cü ildə bir sıra rəqəmsal hücumların hədəfinə çevrildikdən sonra “Virtualroad.org” saytına müraciət edib. Bu illər ərzində hakimiyyət orqanlarının müstəqil medianı susdurmaq üçün maliyyə xərcləməsinə baxmayaraq, biz müstəqil mətbuatı uğurla müdafiə etdik.

Bu fakt Azərbaycan hakimiyyəti üçün narahatlığa səbəb oldu.

2017-ci ilin mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki Elektron Təhlükəsizlik Mərkəzi müxalifətçiləri bir dəfə və həmişəlik susdurmaq üçün son bir addım atdı. “2015 Bakı” Avropa oyunları ərəfəsində əhalini nəzarətdə saxlamaq məqsədilə “Allot Communications” şirkətindən əldə edilən DPI imkanlarını işə salan hökümət beləliklə, “upstream” provayderlər vasitəsilə dörd əsas müstəqil media saytına:

“azadliq.info”, “azadliq.org”, “meydan.tv” və “abzas.net”-ə girişə qadağa qoydu. Növbəti ay daha çox müstəqil media saytı bloklanmış saytların siyahısına əlavə edildi. Səbail Rayon Məhkəməsi 12 may 2017-ci ildən qısa müddət sonra "ictimaiyyətin və dövlətin qanuni maraqlarının pozulduğunu" bəhanə edərək bloklanmanı təsdiqlədi.

Azərbaycan hökuməti 2017-ci ilin martında “Allot Communications” şirkətindən əldə edilən DPI imkanlarını işə salaraq ölkədəki müstəqil media saytlarının bir qismini blokladıqdan sonra “Virtualroad.org” blokajın qarşısını almaq üçün bir həll yolu axtamağa başladı. Bir il sonra, qürurla deyirik ki, 3 milyon dollarlıq DPI layihəsində blokajı aradan qaldırmağı asanlaşdıran qüsuru müəyyən edə bildik. “Azadliq.info“, „24saat.org“ və „abzas.net“ kimi saytların 3 milyon dollarlıq DPI avandanlığı ilə bloklandıqdan düz bir il sonra yenidən Azərbaycan əhalisinə açıqdır“.

“Pulu izləyin və beynəlxalq maliyyə dəstəyini tapın”

Araşdırmada daha sonra deyilir:

"Azərbaycan hakimiyyəti də daxil olmaqla, bir çox insan Azərbaycanın müstəqil mediasını dəstəkləmək üçün tükənməz cəhdlərimizi kimin maliyyələşdirdiyi ilə maraqlanır. Bir şey aydın olmalıdır ki, bizimlə əməkdaşlıq edən səkkiz Azərbaycan mediasının heç biri bizim xidmətlərimizə görə məsuliyyətə cəlb edilməyib. Azərbaycanda müstəqil medianı dəstəkləmək üçün onların adından illərdir ki, “Digital Defenders Partnership”, “Access Now”, “Open Tech Fund” və “International Media Support” təşkilatlarından maliyyə dəstəyi əldə etdik.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nn57ir

Ən çox baxılan