Körpüdən özünü atan şəxsin kimliyi bəlli oldu

Source:

Dünən gecə Sabunçu rayonu ərazisində yerləşən körpülərdən birinə çıxaraq özünü oradan atmaqla intihar etmiş şəxsin kimliyi bəlli oldu. APA TV-nin verdiyi məlumata görə bu 27 yaşlı Rəfail Hümbətovdur. 3 saylı Şəhər Kliniki Xəstəxanasının morquna naməlum şəxs kimi yerləşdirilən Rəfail hümbətovun kimliyi barədə məlumatı onun xalası oğlu Anar Əliyev verib. O həmçinin bildirib ki, mərhum heç yerdə işləmirdi, ailəli deyildi və psixi cəhətdən stabil adam olmayıb.

Fakt üzrə Sabunçu Rayon Polis idarəsində araşdırma aparılır.

Ana səhifə ▸ Xəbərlər ▸ Körpüdən özünü atan şəxsin kimliyi bəlli oldu